Transilvaniya hoteli 2

Transilvaniya oteli 2, 2015 ABŞ 3D kompüter animasiya fentezi - komediya filmidir. 2012-ci ildə hazırlanan Transilvaniya oteli filminin davamıdır.

Transilvaniya oteli 2
ing. Hotel Transylvania 2
Rejissor Cenndi Tartakovski
Prodüser Mişel Murdokka
Ssenari müəllifi Robert Smiqel
Adam Sendler
Rolları səsləndirənlər Adam Sendler
Endi Semberq
Selena Qomez
Kevin Ceyms
Stiv Buşemi
Devid Speyd
Kiqan-Maykl Key
Mel Bruks
Bəstəkar Mark Mazersbo
Dil Ingilis dili
Ölkə ABŞ ABŞ
Davametmə müddəti 89 dəqiqə
İl 2015
İlk baxış 25 sentyabr 2015
Büdcə $80 milyon
Gəlir $473 milyon
Əvvəlki Transilvaniya oteli
Sonrakı Transilvaniya oteli 3: Yay tətili

Rejissorluğu Cenndi Tartakovskinin əlində olan filmin ssenarisini Adam Sendler və Robert Smiqel yazmışdır. Filmin əsas rollarını Mel Bruks, Adam Sendler, Selena Qomez, Stiv Buşemi, Kiqan-Maykl Key, Endi Semberq və Kevin Ceyms səsləndirir

Məzmun

Əvvəllər yalnız bədheybət qonaqları qəbul edən Transilvaniya Otelindəki ən yeni dəyişiklik qapılarını insan qonaqlara açmasıdır. Drakula isə böyük problemlə üzləşir. Yarı vampir yarı insan olan nəvəsi Dennis vampir xüsusiyyətlərini göstərmir. Meyvis ilə əri Conni, insan nəslindən gələn qohumlarına ziyarətə getdiklərində, Drak da bədheybət dostları ilə iş birliyi edər və nəvəsi Dennisi təhsil düşargəsinə aparmağa qərar verər. Bu təhsil əsnasında Drakulanın çox yaşlı atası Vlad, ziyarət üçün otelə gəlir. Vladın, kiçik nəvəsi vampir olmadığı və otelə insanların da otelə qəbul edildiyini gördüyündə işlər qarışmağa başlayır.

Səsləndirənlər

  • Adam Sendler - Qraf Drakula
  • Endi Semberq - Conatan
  • Selena Qomez - Meyvis
  • Eyşer Blinkoff - Dennis
  • Kevin Ceyms - Frenk/Frenkenşteyn
  • Stiv Buşemi - Ueyn
  • Devid Speyd - Görünməz adam Qriffin
  • Kiqan-Maykl Key - Mumiya Mürrey
  • Mel Bruks - Vlad
  • Fren Dreşer - Enays
  • Molli Şennon - Vanda

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.