Transgender
Transgender - gender kimliyinin və ya bəzi hallarda doğuş zamanı təyin edilmiş cinsiyyətlə insanın cinsiyyət ifadəsinin uyğunsuzluğu.[1][2] Bəzi transgender insanlar doğuş zamanı təyin olunan cinsin əksi olan və müvafiq olaraq trans qadınlar və trans kişilər adlandırılan cinslə eyniləşirlər.[3][4] .
Transgenderlik xəstəlik və ya pozğunluq deyil.[5] Eyni zamanda, bəzi transseksuallar öz hissləri ilə başqalarının gözləntiləri arasındakı uyğunsuzluq səbəbindən ciddi stress yaşayırlar ki, bu da onların sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Belə stressə gender disforiyası deyilir. Çox vaxt bu problemin ən yaxşı həlli cinsin dəyişdirilməsi və yaxud sənədlərin dəyişdirilməsi üçün tibbi prosedurları əhatə edən transgender keçidi uyğun göstərilir.[6] Lakin bütün transgender insanlar keçidi həyata keçirməyə çalışmırlar. Bir çox hallarda, transseksualların yaşadıqları sıxıntı ayrı-seçkilik və başqaları tərəfdən imtina nəticəsində yaranır. Bu ayri-seçkilik transfobiya adlanır. Öz duyğularını təyin olunduqları cinslə uyğunlaşdıra bilməyən və güclü stress yaşayaraq digər cinsin nümayəndələri kimi yaşamaq və fəaliyyət göstərmək istəyən insanlar transseksual olaraq qəbul edilir.
Transgenderlərin və digər cinsi azlıqların sayı təxminən 0,3–0,5% (25 milyon) təşkil edir[5] .
Transgenderlik birbaşa cinsi oriyentasiya ilə əlaqəli deyil. Transgender insanlar mümkün cinsi oriyentasiyaların və üstünlüklərin tam spektrini nümayiş etdirirlər[7] . Belə ki, bəzi məlumatlara görə, transseksual qadınların 27%-i kişilərə, 35%-i qadınlara maraq göstərir, 38%-i isə biseksualliğa meyllidirlər[8][9] . Transgender kişilər arasında aparılan araşdırmalara görə, 47%-i qadınlara, 18%-i kişilərə maraq göstərir, 33%-i biseksualliğa meyllidir .
Transgender identikliyi
Bəzi insanlar üçün "transgender" onların şəxsiyyətidir, lakin eyni zamanda, bu termin "transseksual" , "genderqueer", "bigender" , "agender" kimi bir sıra üst-üstə düşən kateqoriyaları ehtiva edən termin kimi istifadə olunur.
Transgender identikliyi müxtəlif və dəyişkəndir, ona görə də onların tam siyahısını tərtib etmək və ya onlara aydın, sabit təriflər vermək mümkün deyil. Müvafiq olaraq, aşağıdakı təsvirlər yalnız təxmini təlimatlar hesab oluna bilərlər.
Transseksual insanlar
Transseksual insanlar doğulduqları cinslə eyniləşmirlər və adətən transgender keçidi yolu ilə yaşamağa və fəaliyyət göstərməyə çalışırlar.
Bəzi transseksual insanlar keçidi başa vurduqdan sonra özlərini transseksual və ya transgender kimi tanıtmırlar və keçmişlərini gizlədirlər, dəyişdikləri cinsə uyğun adi qadın və ya kişi kimi yaşamağa üstünlük verirlər. Belə bir strategiya həm də onların özlərini ayrı-seçkilik və zorakılıqdan qorumağın bir yoludur[10] . Hazırda "transseksual" termini müvafiq olaraq "trans kişi" və "trans qadın" terminləri ilə əvəz edilmişdir[11] .
Transvestitlər və ya krossdresserlər
Transvestitlər və ya krossdresserlər, əks cinsin paltarlarını geyinən insanlardır, yəni çarpaz geyinmə ilə məşğul olurlar. Bəzi insanlar "transvestit" anlayışından özünü təyinat kimi istifadə etsələr də, bəziləri bunu ayrı-seçkilik və alçaldıcı hesab edərək "krossdresser" sözünə üstünlük verirlər . Krossdresserlərin heç də hamısı transseksual insanlar deyil: crossdressinq birbaşa insanın cinsi kimliyi ilə əlaqəli olmayan cinsi ifadə formasıdır[12] . Əsas məqam odur ki, krossdresserlər cərrahiyyə yolu ilə fiziki cinsiyyətlərini dəyişməyə çalışmırlar və ümumiyyətlə, transgenderlərlə eyni səviyyədə gender disforiyasını yaşamırlar. Hətta bəzi hallarda heteroseksual insanlar əyləncə və ya fetiş olaraq əks cinsin görkəmində olmağı özləri üçün uyğun bilirlər.
Qeyri-binar və Queer Şəxsiyyətlər
Bir çox transgenderlər özlərini nə kişi, nə də qadın kimi təqdim etmirlər. Onlar öz cinsi kimliklərini eyni zamanda iki və ya daha çox cinsə mənsub olduqlarını, onların "arasında" və ya "xaricində" olduqlarını təsvir edə bilərlər. Bəzi insanlar öz şəxsiyyətlərinə istinad etmək üçün genderqueer, bigender, trigender, agender və s. anlayışlardan istifadə edirlər.
Transseksuallar kimi, qeyri-binar şəxsiyyətlərdən də bəziləri bədənlərini dəyişdirmək və daha rahat hiss etmək üçün cərrahiyyə əməliyyatı keçirirlər və ya hormonal dərmanlar qəbul edirlər. Digərləri bunun onlara kömək edə biləcəyini hiss etmir və ya bədənlərində narahatlıq hiss etmirlər. Bəziləri androgin görünüşə malikdirlər, bəziləri isə normal kişi və ya qadınlara bənzəyirlər, lakin şəxsiyyətləri barədə açıq elan edirlər (kaminq-aut). Çoxları rədd edilməmək üçün özünü elan etmir[13] .
Qeyri-binar insanlar tez-tez həm tisgender, həm də ikili transgender insanlar tərəfindən rədd və ayrı-seçkiliyə məruz qalırlar: hər ikisi qeyri-binar insanların cinsi kimliklərini ciddi qəbul etmir, onları müvəqqəti bir hiss və ya fərqlənmək arzusu hesab edir.[14] Əslində isə qeyri-binar şəxsin gender identikliyi hər hansı digər tisgender və ya transgender şəxs kimi onların şəxsiyyətinin əsl elementidir.[13] Tədqiqatlara görə, qeyri-binar transgender insanlar, transgender kişi və qadınlara nisbətən daha çox ayrı-seçkilik, fiziki və cinsi zorakılıq riski altındadırlar[14][15] .
Transgenderlik və interseks
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının tərifinə görə, interseks insanlar, kişi və ya qadın orqanizminin tipik tərifinə uyğun gəlməyən cinsi xüsusiyyətlərlə doğulmuş insanlardır. Cinsi təyin edən cinsi xüsusiyyətlərə xromosomlar, cinsi vəzilər, reproduktiv orqanlar, cinsiyyət orqanları və hormonal vəziyyət daxildir. İnterseks dəyişiklikləri artıq doğuş zamanı nəzərə çarpa bilər, lakin daha tez-tez yalnız yetkinlik dövründə görünür. Bəzi hallarda xarici təzahürlər ümumiyyətlə müşahidə olunmaya bilər[16][17][18][19][20] .
İnterseks insanların heç də hamısı transgender insanlar deyil, çünki onların bir çoxu doğuş zamanı təyin olunan cinsiyyəti ilə özlərini müəyyən edirlər.[21] Bununla belə, transgender və interseks insanların məsələləri, məsələn, sənədlərdə gender markerinin dəyişdirilməsi proseduru və ya tibblə bağlı məsələlərdə çox vaxt üst-üstə düşür.
Transgender və sağlamlıq
Ruhi Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, transgender insanlarda psixi pozğunluq riskinin artması transfobiya, ayrı-seçkilik və zorakılıqla əlaqələndirilir[5] .
25 may 2019-cu ildə ÜST transgenderliyi psixi pozğunluq kimi təsnif etməyi rəsmən dayandırdı. Həmin andan etibarən, sənəddə "gender şəxsiyyəti pozğunluğu" " gender uyğunsuzluğu " ifadəsi ilə əvəz edilir və bu termin psixi pozğunluqlar fəslindən çıxarılır.[22][23][24] Bir çox transgender insanlar cinsinə görə stress və ya disfunksiya ilə qarşılaşmırlar, buna görə də özünü transgender kimi tanımaq psixi pozğunluq təşkil etmir, lakin cinsi kimliklərini sərbəst ifadə etməyə imkan verən resurslara çətin giriş (məsələn, hormon terapiyası və digər tibbi prosedurlar), cəmiyyətdə rədd edilmə, ayrı-seçkilik və hücumlar stressin yaranmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, məhz bu hallar üzündən depressiya və digər psixi problemlər tisgender insanlardan daha çox transseksuallarda rast gəlinir .
Bəzi transgender insanlar gender disforiyasını yaşayırlar ki, bu da onların gender kimliyinin təyin olunmuş cinsə uyğun gəlməməsi səbəbindən yaranan stressdir. Gender disforiyası özünü xüsusilə depressiya və ya digər insanlarla sağlam münasibətlər qurmaqda çətinliklə göstərə bilər. Disforiyaya qalib gəlmək əzab-əziyyəti yüngülləşdirməyi və funksionallığı bərpa etməyi nəzərdə tutur, buna görə də bu problemin həlli həmişə olmasa da, çox vaxt transgender keçididir[25] . "Gender disforiyası" və ya "cins şəxsiyyət pozğunluğu" diaqnozu tez-tez bütün transseksual insanların disforiyaya məruz qaldığına işarə kimi yanlış şərh olunur. Gender kimliyi ilə bağlı narahatlıq və ya daxili məyusluq yaşamayan transgender insanlarda gender disforiyası yoxdur. "Gender disforiyası" anlayışı həm də əxlaqi qiymətləndirməni nəzərdə tutmur, çünki müasir psixologiyanın prinsiplərinə görə, insanda psixi və ya emosional problemin olması sosial stiqma üçün əsas ola bilməz[25] .
Psixi sağlamlıq mütəxəssisləri cinsi kimlikləri ilə bağlı daxili münaqişə və ya özünü qavrayış və başqalarının gözləntiləri arasında uyğunsuzluqdan stress keçirən insanlara psixoterapevtik yardım tövsiyə edirlər. Bununla belə, klinik təlim transgender insanlara lazımı qayğı göstərmək üçün kifayət etmir.[26] Bir çox psixoloqlar və psixoterapevtlər transgenderlər barədə yetərincə məlumatlı deyillər və çox vaxt transgenderlər belə mütəxəssislərə müraciət edərək lazımi yardımı almırlar və əvəzində özləri barədə onları maarifləndirməyə məcbur olurlar.[25]
Transgender insanlar müxtəlif səbəblərə görə psixoloji yardıma müraciət edə bilərlər. Bir çox transgender insanlar üçün sosial stiqmanın yaratdığı emosional stress və transfobiya ilə qarşılaşmalar əsas problemdir. Bir transgender qadının sözləri ilə desək, " transgender insanlar terapevtə müraciət edirlər və onların problemlərinin əksəriyyətinin transgender olması ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq gizlənmək, yalan danışmaq, özlərini günahkar və utancaq hiss etməkdir və təəssüf ki, adətən bu illərlə davam edir " .[27] Cəmiyyətin damğalaması və transgender olmağın rədd edilməsinin öhdəsindən gəlmək məcburiyyətində qalan bir çox insanlar depressiya və narahatlıq səbəbindən psixoloji yardım axtarırlar.[27]
Fiziki sağlamlıq
Transgender insanlar üçün bədənlərini hiss etdikləri cinsə uyğunlaşdırmaqda bir sıra tibbi seçimlər mövcuddur. Transseksual kişilər üçün hormon terapiyası saqqal artımına, piy toxumasının yenidən paylanmasına, dərinin maskulinləşməsinə, saç düzümü və səs dəyişikliklərinə səbəb olur. Transseksual qadınlar üçün hormon terapiyası isə yağ toxumasının və döş formasının deyişilməsini feminləşdirir. Transseksual qadınlar üçün lazer epilasiyası artıq tükləri təmizləyir. Transseksual qadınlar üçün cərrahiyyə səs, dəri, üz cizgiləri, döşləri, beli, ombası və cinsiyyət orqanlarını feminləşdirir. Transgender kişilər üçün cərrahiyyə döş və cinsiyyət orqanlarını kişiləşdirir və uşaqlıq, yumurtalıqlar və fallopiya borularını çıxarır.
Cinsiyyətin dəyişdirilməsi tibbi prosedurlarının effektivliyini qiymətləndirmək məqsədi ilə aparılan tədqiqatlar göstərir ki, cinsiyyətin dəyişdirilməsinin nəticələrindən, habelə transgender insanların sosial və emosional rifahından məmnunluq tibbi xidmətin keyfiyyəti yüksəldikcə artır. Beləliklə, transseksual, transgender insanlara tibbi yardım göstərilməsində standarta uyğun olaraq tibbi yardım almış pasiyentlər üzrə tədqiqatlar (1979-cu ildən Transgenderlərin Sağlamlığı üzrə Ümumdünya Peşəkar Assosiasiyası (WPATH) tərəfindən hazırlanmışdır) onların heç birinin əməliyyatdan peşman olmadığını göstərdi.
Neyrobiologiya
2018-ci ildə Avropa Endokrinoloji Mərkəzinin illik təqdim olunan hesabatına görə, transgender insanların beyin funksiyası xüsusiyyətləri onların müəyyən etdikləri cinsə daha çox uyğun gəlir. Beləliklə, trans qadınların beyin quruluşu və nevroloji nümunələri bioloji qadınlara, trans kişilər isə bioloji kişilərə daha uyğundur[28][29] .
Maqnit rezonans tomoqrafiyasından istifadə edərək transgender və tamcins insanların beyinlərinin başqa bir müqayisəli tədqiqatı reyl adacığının həcmində əhəmiyyətli fərqlər göstərdi. Nəticələr göstərir ki, transgender və transseksuallıq yanlış olaraq sırf sosial-mədəni fenomenlər kimi təsnif edilir.[29]
Ayrı-seçkilik
Bütün dünyada transgender insanlar rədd, damğalanma, sui-istifadə və fiziki zorakılıqla üzləşirlər. Milyonlarla transgender insan cinsiyyətini əks etdirən şəxsiyyəti təsdiq edən sənədləri ala bilmir, işə düzələ bilmir, əsas dövlət xidmətlərindən istifadə edə bilmir — səhiyyə, məşğulluq, mənzil, təhsil və s. Eləcə də öz ailələrində köklü ayrı-seçkiliklə üzləşirlər. Transgender insanların hüquqlarının pozuntuları sistematik xarakter daşıyır, lakin geniş şəkildə sənədləşdirilməyib.[30] Transgenderlərin hüquq müdafiə təşkilatının transseksualların qətli ilə bağlı apardığı monitorinqin nəticələrinə görə (ing. Transgender Europe), 2008-ci ildən 2011-ci ilə qədər bütün dünyada 800-dən çox transgender cinayəti qeydə alınıb.[30] Mütəxəssislərin fikrincə, transseksualların nifrət zəminində qətlə yetirilməsi daha çox ola bilər, lakin onlar haqqında məlumat əldə etmək çətindir.[30]
İstinadlar
- Neeki Parsa and Sabra L. Katz-Wise Gender expression // The SAGE encyclopedia of trans studies. — Sage Publications, 2021.
- Terry Altilio, Shirley Otis-Green. Oxford Textbook of Palliative Social Work. Oxford University Press. 2011. 380. ISBN 978-0199838271.. — "Transgender is an umbrella term for people whose gender identity and/or gender expression differs from the sex they were assigned at birth (Gay and Lesbian Alliance Against Defamation [GLAAD], 2007).".
- Bilodeau, Brent. Beyond the Gender Binary: A Case Study of Two Transgender Students at a Midwestern Research University. (ingilis). 2005. "Yet Jordan and Nick represent a segment of transgender communities that have largely been overlooked in transgender and student development research — individuals who express a non-binary construction of gender[.]"
- Marla Berg-Weger. Social Work and Social Welfare: An Invitation. Routledge. 2016. 229. ISBN 978-1317592020.. — "Transgender: An umbrella term that describes people whose gender identity or gender expression differs from expectations associated with the sex assigned to them at birth.".
- "WHO/Europe brief – transgender health in the context of ICD-11". www.euro.who.int (ingilis). ВОЗ. 2020-01-25. 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
- "World Professional Association for Transgender Health. WPATH Clarification on Medical Necessity of Treatment, Sex Reassignment, and Insurance Coverage for Transgender and Transsexual People Worldwide". 2015-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
- Tobin HJ (2003). Sexuality in Transsexual and Transgender Individuals Part I: A Review of the Literature.
- "Myths and Facts About Transgender Issues". Star Tribune. 2008-05-24. 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-14.
- Leavitt F, Berger JC (1990). Clinical patterns among male transsexual candidates with erotic interest in males. Archives of Sexual Behavior Volume 19, Number 5 / October, 1990
- "Suzan Cooke. The Many Shades of Stealth". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
- Serano J. Autogynephilia: A scientific review, feminist analysis, and alternative ‘embodiment fantasies’ model // The Sociological Review. — 2020. — Т. 68. — №. 4. — С. 763–778.
- "Transgender FAQ". Resources. Human Rights Campaign. 2013-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
- "Understanding Non-Binary People. A Guide For the Media" (PDF). 2018-09-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-04.
- "Adrian Ballou. 10 Myths About Non-Binary People It's Time to Unlearn". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
- "A Gender Not Listed Here: Genderqueers, Gender Rebels, and OtherWise in the National Transgender Discrimination Survey" (PDF). 2015-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-01.
- "Интерсекс — справочный материал" (PDF). United Nations Free & Equal. 2017-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-13.
- Parliamentary Assembly of the Council of Europe. "Promoting the human rights of and eliminating discrimination against intersex people" (ingilis). Парламентская Ассамблея Совета Европы. 2017-09-25. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
- "Human rights and intersex people report" (ingilis). Counsil Of Europe. 2017. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
- "What is intersex?". Intersex Society of North America (ingilis). 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- "FAQ" (ingilis). Intersex Russia. 2019-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- "What's the difference between being transgender or transsexual and having an intersex condition?". Intersex Society of North America (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- Трансгендерность исключили из всемирного списка психических расстройств Arxivləşdirilib 2019-06-09 at the Wayback Machine // BBC News, 30.05.2019.
- Краткий обзор ЕРБ-ВОЗ — здоровье трансгендеров в контексте МКБ-11 Arxivləşdirilib 2023-04-05 at the Wayback Machine / (ing.) WHO/Europe brief — transgender health in the context of ICD-11 Arxivləşdirilib 2023-04-04 at the Wayback Machine // WHO
- Gender incongruence — Conditions related to sexual health Arxivləşdirilib 2018-08-01 at Archive.today // ICD-11 for Mortality and Morbidity Statistics
- Brown, M. L. & Rounsley, C. A. (1996) True Selves: Understanding Transsexualism — For Families, Friends, Coworkers, and Helping Professionals Jossey-Bass: San Francisco ISBN 0-7879-6702-5
- Carroll, L.; Gilroy, P.J.; Ryan, J. Transgender issues in counselor education // Counselor Education and Supervision . 41. № 3. 2002. doi:10.1002/j.1556-6978.2002.tb01286.x.
- Benson, H.E. Seeking support: Transgender client experiences with mental health services // Journal of Feminist Family Therapy . 25 (journal) (ingilis). 2013. doi:10.1080/0895833.2013.755081.
- "Transgender brains are more like their desired gender from an early age" (ingilis). Science Daily. 2018-05-24. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- "Transgender brain scans more closely resemble desired gender". ese-hormones.org (ingilis). The European Society of Endocrinology. 2018. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- "Transrespect Versus Transphobia Worldwide. A Comparative Review of the Human-Rights Situation of Gender-Variant/Trans People" (PDF). 2016-01-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-01.
Ədəbiyyat
- "Ответы на Ваши вопросы о трансгендерных людях, гендерном выражении и гендерной идентичности" (PDF) (rus). Американская психологическая ассоциация. İstifadə tarixi: 2016-03-12.
- Дискриминация по признакам сексуальной ориентации и гендерной идентичности в сфере здравоохранения, образования, занятости и социального обеспечения в Российской Федерации. — Российская ЛГБТ-сеть. — 2011. — 35 с.
- Нарушения прав лесбиянок, геев, бисексуалов и трансгендеров в России = Violations of the Rights of Lesbian, Gay, Bisexual, And Transgender Persons in Russia. — Global Rights, ILGA-Europe, Российская ЛГБТ-сеть, Группа "FtM-Феникс", Российский Фонд "Трансгендер". — 2009. — 21 p.
Keçidlər
- TransGender.ru
- Инна Ирискина. "Трансгендерность от МЖ до X: Всё, что вы хотели знать о трансгендерах, но не знали, как спросить" (rus). Update. İstifadə tarixi: 2016-11-09.
- Александра Шаргородская. "Как в Петербурге поменять документы и найти работу с «чужим» паспортом — в трех монологах трансгендеров" (rus). Paper. 2016-06-16. İstifadə tarixi: 2017-03-24.
- Эсбен Эстер Пирелли Бенестад. "Трансгендерность у детей и подростков" (rus). О нарративной практике, терапии и работе с сообществами — по-русски. 2009-02-11. İstifadə tarixi: 2016-05-23.