Transformerlər (film)

Transformerlər (ing. Transformers) — ABŞ elmi fantastika filmi. 2007-ci il istehsalı olan bu film Hasbronun eyniadlı oyuncaq xəttinə əsaslanır. Filmdə Avtobotlar və Deseptikonlar arasındakı mübarizədən və buna qarışan Sem adlı yeniyetmədən bəhs olunur. Baş rolları Şaya LaBaf, Tayriz Qibson, Coş Duamel, Meqan Foks, Con VoytOdett Ennabl canlandırır. Piter Kallen və Hüqo Vevinq isə Optimus PraymMeqatron kimi obrazları səsləndirir. 2009-cu il istehsalı "Transformerlər: Düşmüşün intiqamı" filmin davamıdır.

Transformerlər
ing. Transformers
Janr elmi fantastika
ekşn
Əsas mövzu transformerlərin mübarizəsi
Rejissor Maykl Bey
Prodüserlər

Lorenzo di Bonaventura
Don Mörfi

Tom Desanto
İen Brays
İcraçı prodüser Stiven Spilberq
Əsərin müəllifləri

Con Rocers
Roberto Orci

Aleks Kurtzman
Ssenari müəllifləri Aleks Kurtzman
Robert Orci
Baş rollarda
Operator Mitçell Amundsen
Montajçı Pol Rabell
İstehsalçılar

Paramount Pictures
DreamWorks Pictures
Hasbro Studios

Di Bonaventura Pictures
Distribütor Paramount Pictures[1]
İlk baxış tarixi 10 iyun 2007
3 iyul 2007
Yayımlanma yeri ABŞ ABŞ
Cənubi Koreya Seul TV qülləsi
Müddət 143 dəqiqə
Büdcə $150–200 milyon[2][3]
Gəlir $709.7 milyon[4]
Ölkələr ABŞ ABŞ
Dil ingiliscə
Sonrakı film "Transformerlər: Düşmüşün intiqamı"
Rəng rəngli
Çəkiliş yeri ABŞ Nyu-Meksiko
Kaliforniya Lonq Biç
Kaliforniya Los-Anceles
Kaliforniya San-Dieqo
IMDb ID0418279
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin premyerası 10 iyunda Seulda, 3 iyulda Birləşmiş Ştatlarda baş tutmuşdur. 2007-ci ildə Vizual Effektlər Cəmiyyətindən 4 mükafata layiq görülmüş və "80-ci Akademiya Mükafatları"ndan bir sıra nominasiyalar əldə etmişdir.

Məzmun

Kibertron planeti Optimus Praymın rəhbərlik etdiyi AvtobotlarMeqatronun rəhbərlik etdiyi Deseptikonlar arasında baş verən vətəndaş müharibəsi səbəbindən yox olmaq üzrədir. Kibertronun əsas mənbəyi olan Olsparkı transformer tərəfləri müxtəlif məqsədlərdən ötrü tapmaq istəyirlər; belə ki, Avtobotlar ondan Kibertronu yenidən qurmaq və müharibəni bitirmək üçün istifadə etmək niyyətində olarkən, Deseptikonlar isə ondan Avtobotları məğlub etmək və kainatı fəth etmək üçün istifadə etmək istəyir. Bu vaxt Meqatron Yer planetində Olsparkı tapır, lakin Arktika dairəsinə eniş edərkən gözlənilməz qəza baş verir və o buzda donur. Kapitan Arçibald Uitviki və onun kəşfiyyatçı heyəti 1897-ci ildə Meqatronla rastlaşır. Kapitan Vitviki təsadüfən Meqatronun naviqasiya sistemini işə salır və onun eynəklərində Olsparkın yerləşdiyi yerin koordinatları çap olunur. Amerika Birləşmiş Ştatlarının gizli hökumət təşkilatı olan Sektor 7 Kolorado çayında Olsparkı kəşf edir və enerji emissiyalarını gizlətmək üçün onun ətrafında "Huver" adlanan bir bənd tikir. Donmuş vəziyyətdəki Meqatron bu obyektə köçürülür və insan texnologiyasını inkişaf etdirmək üçün tərs bir şəkildə dizayn edilir.

İndi isə, Deseptikonlar—Bləkaut, Skorponok, Frenzi, Barrikeyd, StarskrimDevastator Yerə enir və bir sui-qəsdin olduğunu fərz edirlər. Bləkaut və Skorponok Qətərdəki "U.S. SOCCENT" adlı hərbi bazaya hücum edir və Meqatron və Olsparkın yerini tapmaq üçün ABŞ hərbi şəbəkəsinə müdaxilə etməyə çalışır. Baza işçiləri şəbəkə kabel əlaqələrini kəsəndə onların planları pozulur. Blackout bazanın qalan hissəsini məhv edərkən, Skorponok robotların foto dəlilləri olan sağ qalan kiçik qrupları təqib edir, lakin nəticədə o məğlub olur. Bu döyüş zamanı hərbçilər Transformerlərin zirehlərinə qarşı yeganə təsirli silahlarının yüksək hərarətli təxribat mərmiləri olduğunu kəşf edirlər. Blackout-un uğursuzluğundan sonra Frenzi hərbi şəbəkəni məhv etmək üçün yenidən "Air Force One" hava qüvvələri mərkəzinə sızır və bura virus yerləşdirir. O, nəslindən olan Sem Uitvikinin "eBay"də satmaq niyyətində olduğu Kapitan Vitvikinin eynəklərinə həkk olunmuş xəritəni tapır. Frenzi və Barrikada Semin yerini izləməyə başlayır.

Autobotların üzvü Bamblbi də 1976-cı il modeli Chevrolet Camaro şəklində yer üzündə peyda olur və ilk avtomobili üçün alış-veriş edərkən Sem tərəfindən satın alınır. Bamblbi, ona sevgilisi Mikaela Bensə qovuşmağa kömək edir. Bamblbi qalan Autobotlara ev siqnalını ötürmək üçün gecəni tərk edir və Sem onu robot rejimində görür. Barrikeyd Semin qarşısına çıxır və Arçibaldın eynəklərini tələb edir, lakin Bamblbi onu və Mikaelanı ordan xilas edir. Bamblbi 2006-cı il Chevrolet Camaro-nu skan edərək nəqliyyat vasitəsinin formasını təkmilləşdirdikdən sonra, onlar Yerə enən və avtomobil formalarına çevrilmiş digər Avtobotlarla: Optimus Praym, Caz, Ayronhayd və Retçet ilə görüşmək üçün yola düşürlər. Sem, Mikaela və Avtobotlar Semin evinə qayıdır və eynəyi alırlar. Tezliklə Sektor 7-nin agentləri Sem və Mikaelanı həbs etməyə gəlir və onlar Bamblbini saxlayırlar.

Mobil telefona çevrilmiş deseptikon Frenzi qrupu gizli şəkildə "Huver" bəndinə qədər müşayiət edir və Meqatronu buraxır. Olsparkın yerini təyin edən Frenzi, digər Deseptikonlara xəbərdarlıq göndərir. Sem Sektor 7 agentlərini Bamblbini sərbəst buraxmağa inandırır ki, o, Olsparkı Optimus Praym üçün ala bilsin. Frenzi yaydığıvirusla hökumət rabitəsini bağlayır, lakin bir cüt xaker Hərbi Hava Qüvvələrinə bir siqnal göndərməyi bacarır. Avtobot-insan karvanı, Hərbi Hava Qüvvələrinin müdafiəsinə rəhbərlik edəcək və Olspark üçün təhlükəsiz yer kimi görüş nöqtəsini təmin edəcək radio əldə etmək üçün yaxınlıqdakı Mission Siti, Nevada şəhərinə gedir. Deseptikon hücumu və Braul, Bonkraşr, Frenzi, Caz, Devastator və Bləkaut sonrakı döyüş müddətində öldürülür, lakin Sem Olspark Megatronun sinəsindən vurmağı bacarır. Meqatron ölür və Sem Olsparkı məhv edir. Optimus Meqatronun cəsədindən Olsparkın bir parçasını götürür, lakin başa düşür ki, onun məhv edilməsi ilə onların doğma planeti Kibertron yenidən bərpa oluna bilməz. ABŞ hökuməti Sektor 7 təşkilatını ləğv edir və məğlub olmuş Deseptikonların cəsədlərini Laurens uçurumuna atır. Sem və Mikaela sevgi münasibətinə başlayır və Optimus sağ qalan digər Autobotlara siqnal göndərərək onları Yer planetinə yönəldir.

Rollarda

  • Şaya LaBaf — Sem Uitviki
  • Tayriz Qibson — Serjant Robert Epps
  • Coş Duamel — Kapitan Uilyam Lennoks
  • Meqan Foks — Mikaela Bens
  • Con Voyt — Con Keller
  • Piter KallenOptimus Praym (səs rolu)
  • Con Turturro — Agent mayor Seymur Simmons
  • Maykl O'Nill — Tom Banaçek
  • Antoni Enderson — Qlen Uitmann
  • Kevin Dann — Ron Uitviki
  • Culi Uayt — Cudi Uitviki
  • Zak Uord — Baş serjant Donnelli
  • Börni Mak — Bobbi Boliviya
  • Con Robinson — Mayles Lankester
  • Mark Rayn — Bamblbi (səs rolu)
  • Darius MakKreri — Caz (səs rolu)
  • Robert Foksvort — Retçet (səs rolu)
  • Hüqo VevinqMeqatron (səs rolu)
  • Cim Uod — Bonkraşer (səs rolu)
  • Rino Uilson — Frenzi (səs rolu)
  • Çarli Edlr — Starskrim (səs rolu)

Yayım

Filmin premyerası 10 iyun 2007-ci il tarixində Seul TV qülləsində baş tutmuşdur. 27 iyun tarixində film Los Anceles Film Festivalında nümayiş olundu. 21 sentyabr 2007-ci ildə IMAX-da yayımlandı və ümumi teatr buraxılışına daxil edilməyən əlavə kadrlar da təqdim olundu.

İstinadlar

  1. "Transformers (2007) - Financial Information". The Numbers. November 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2021.
  2. Bob Tourtellotte. ""Transformers" film yields big bang on fewer bucks". Reuters. July 1, 2007. January 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 19, 2010. But the producers of "Transformers", Lorenzo di Bonaventura and Ian Bryce, say they have spent only $150 million on "Transformers", and they reckon they got a bargain.
  3. ALEX CHADWICK; KIM MASTERS. "'Spider-Man 3': Why So Expensive?". NPR. April 30, 2007. May 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2020.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.