Traktor FK
Traktor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur (farsca rəsmi adı: باشگاه فرهنگی ورزشی اقتصادی تراکتور, Bâšgâh-e Farhangi Varzeši Eqtesâdi-ye Terâktor, Mədəni-İdman İqtisadi Klubu) — Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası. 1968-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir.[2]
Traktor FK | |||
---|---|---|---|
Klubun tam adı | Traktor Təbriz FK | ||
Ölkə | Güney Azərbaycan(İran) | ||
Ləqəb(lər) | "Qızıl Qurdlar - Qırmızı Qurdlar"[1] | ||
Rəng(lər) | Qırmızı–Ağ | ||
Yaranma tarixi | 1968) | ||
Stadionu | Səhənd stadionu | ||
Tutumu | 66,833 | ||
Prezidenti | Məhəmməd Əlipur | ||
Baş məşqçisi | Paco Jémez | ||
Liqa | İran milli futbol çempionatı | ||
2022/23 | 4. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İran islam inqilabından öncə
Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
İnqilabdan sonra
İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi və Traktor Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində Rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca Traktor komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl kumandalarına nəzarət etdi. Həmin işlər Traktordə böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. Traktor 1992-ci ildə İrannın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə Traktornin İran‘ın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İrannın Federasiya çempionatında(cami-hazfi) ikinci yeri qazandı. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyuldu və Traktor də bu çempionataya qatıldı, amma yenə də sonuncu olaraq aşağı liqaya düşdü. Traktor 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə Traktor İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.
"Traktor" azarkeşləri
"Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Traktor hər ildir ardıcıl olaraq 2009/10-dan sonrakı mövsümlərində ən çox tamaşaçısı olan komanda seçilibdir. Traktor Klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olubdur ki, dünyada çoxlu azarkeşi olan Real Madrid kimi komandanın səbt olunmuş azarkeşlərinin neçə bərabəridir. Traktor qabaqcalar stadionda və Təbrizdə sabit azarkeşləri var idi, amma indi digər vilayətlərdədə çoxlu azarkeşi vardır elə ki Əlburz, Qəzvin, Qum, Həmədan, Tehran və Gilan kimi vilayətlərdə keçirilən matçlarda stadionun yarıdan çoxun Traktor azarkeşləri doldurur. Bu şərait Traktornin keçmişdə yüksək liqada olduğu vəziyəti ilə bütünlüklə fərqli sayılır. İranda Nəvəd adlı televiziya verilişində Traktor azarkeşlərinə "İranın ən coşqun azarkeşləri" ünvanı verildikdən sonra bu klubun azarkeşləri "Coşqunlar" ləqəbi ilə şəhərlərdə və idman dairələrində məşhurlaşdı. Bəziləri bu klubun azarkeşlərinin alqışlama tərzini şərqi asiya ölkələrinin azarkeşlərinə oxşadırlar. Hazırda bu klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib. Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın İstiqlal və Persepolis futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktor"u alqışlayır.
İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktor"a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktor"un Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə sayı 110–150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. 2011-ci ilin aprel ayında da Səhənd stadionunda "Traktor" və Sepahan arasındakı oyuna baxmağa gələn azarkeşlərin sayı stadiounun tutumundan çox olub və oyunun başlanmasına bir neçə saat qalmış Təbrizin radio və televiziyası azarkeşlərə stadionda boş yer olmadığına görə ora getməməyi məsləhət görüb. "Traktor" İran milli futbol çempionatının yüksək liqasının 2010–2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub.[3]. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60000 azarkeş toplaşır.[4]
"Traktor"un qadın azarkeşləri
İranda qadınlara futbol oyunlarına tamaşa etmək üçün stadiona getmək qadağandır. Bəhanə kimi stadionlarda kişi futbol azarkeşlərinin bəzən etikadan kənar ifadələr işlətməsi, şüarlar səsləndirməsi göstərilir. Ancaq "Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında həm də ən nizam-intizamlı azarkeşlər sayılırlar. Klubun qadın azarkeşləri stadiona girmək qadağası olduğuna görə sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa edirlər, amma bu ənənənin digər şəhərlərdə də yayılacağından təşvişə düşən polis son vaxtlar buna qarşı ciddi mübarizə aparır. Hətta komandanın bir neçə qadın azarkeşi həbs edilmiş və onlardan bir daha futbol oyunlarına tamaşa etmək üçün ətraf təpələrə qalxmayacaqları haqqında iltizam alındıqdan sonra azad buraxılmışlar.[5][6]
"Traktor" azarkeşlərinin şüarları
"Traktor" azarkeşlərini bəzən İspaniyanın Kataloniya əyalətinin Barselona klubunun azarkeşləri ilə müqayisə edirlər. Katalan dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma Kamp Nou stadionuna axışaraq katalanca milli şüarlar səsləndirməyə başlamışlar. Hazırda İran türkləri də həm "Traktor"un, həm də Təbrizin digər futbol klublarının — Şəhrdari və Göstəriş Polad klubunun ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər. "Traktor"nin qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda "Eybi yox! Eybi yox" sədaları eşidilir. "Traktor" azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:
- Yaşasın Azərbaycan!
- Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı"
- Azərbaycan var olsun, İstəməyən xar olsun!
- Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
- Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!
Tehranda keçirilən oyunlarda bəzən Tehran klublarının azarkeşlərinin Azərbaycan türklərinə qarşı səsləndirdikləri irqçi şüarlara "Traktor" azarkeşlərinin verdikləri cavabın nəticəsində Təbriz komandası cəzalandırlıb və ev oyunlarının bir neçəsini azarkeş dəstəyi olmadan, tamaşaçısız stadionda keçirməli olub.
"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Stadionda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez "Qarabağ bizimdir, bizim olacaq" şüarı səslənir. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.
Traktor və Urmiya gölü
Traktor azarkeşləri təkcə öz doğma komandalarını dəstəkləməklə kifayətlənməyib, Azərbaycanın bütün toplumsal problemlərinə öz münasibətlərini bildirməyə, haqsızlıqlara qarşı etiraz səslərini ucaltmağa çalışırlar. Hazırda belə problemlərdən biri Güney Azərbaycanın simvollarından biri sayılan Urmiya gölünün get-gedə qurumasıdır. "Traktor"nin 2010-cu ildə keçirdiyi ev oyunlarından birində stadionda "Urmu gölü səslənir, susuzam, haray, haray" şüarı səsləndi. Bunun nəticəsi olaraq həmin il mart ayının 1-də Təbrizdən, Urmiyadan, Güney Azərbaycanın digər bölgələrindən olan yüzlərlə "Traktor" azarkeşinin hər biri Urmiya gölünün üzərindəki körpüdən gölə bir qab su tökdü. Bundan sonra Urmiya gölünə gələn hər bir adam ciddi polis yoxlanışından keçirilir və bəzi məlumatlara görə bu günəcən bu kampaniyaya qoşulmaq istəyən 100-dən artıq "Traktor" azarkeşi həbsdədir.
2011-ci ilin avqust ayında Urmiya gölünə su çatdırmaq layihəsinin İranın İslamı məclisində 2-təcili (2-foriyyətli) səs alabilməməyi, güney azərbaycanlılar, özəlliklə Tirəxtur yandaşları arasında ginə böyük bir etiraz dalğası yaratmaqla, bayis oldu 25 Avqust gecəsi oynanılan Azərbaycan derbisi, Tirəxtur və Bələdiyyə Spor yarışında, 50,000 dən artıq tamaşaçı Səhənd İstadionuna toplansın və Məclis əleyhinə "Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir" kimi şuarlar verilsin.[7][8] Təbriz derbisindəki şədid etirazlardan sonra, Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Urmiya və Təbrizdə Urmiya gölünün qurumasına ardıcıl etiraz aksiyaları başlanır. Traktor Sazi və Tehranın İstiqlal klubunun yarışı günü, 9. Sentyabr, 2011 da, Tehran və onun ətrafında yaşayan minlər güneyli, 100 min nəfərlik Azadi stadionuna sarı yola düşürlər. Bütün basqılara rəğmən 30 min nəfərdən artıq Tirəxtur azarkeşi stadionun içinə girir və minlər yandaşa da yol verilmir; ancaq stadiona daxil olabilənlər və öz sevdiyi klubu dəstəkləyib Urmiya gölü haqda da şuar verirlər.[9] 40 yanlı yaralanır və yüzlər yanlı müvəqqəti olaraq tutuqlanır.
Bura Baxin Arxivləşdirilib 2017-07-18 at the Wayback Machine
Traktornin marşları
Traktor İranda özünəməxsus marş və mahnıları olan ilk futbol klubudur. Bu marşlardan, 2010-cu ildə Barış Kor Qrupunun yazıb ifa etdiyi Yaşa, yaşa Tiraxtur mahnısı futbol klubu tərəfindən rəsmi marş kimi qəbul edilmişdir.:
Yaşa, Yaşa Tiraxtur
Yaşa, yaşa Tiraxtur, Daim yaşa, Tiraxtur!
Yurdumuzun iftixarısan, Azər elinin qəhrəmanısan.
Yellər yatar, tufan yatar Yatmaz Tiraxtur bayrağı.
Sök dağları, at qolları, Arxandayıq biz Tiraxtur.
Sən canımız, sən eşqimiz, Al qanımızsan Tiraxtur.
Ancaq, 2012-ci ilinin iyun ayında, Tirəxturun Asiya yarışlarına yol tapmaq törənində, Tirəxtur İftixarımız adlı başqa bir mahnı, klubun yeni sorumlular tərəfindən, rəsmi marş kimi təqdim edilmişdir; halbuki yandaşlar ictimai şəbəkələrdə, rəsmi mahnının yersiz dəyişilməsinə etiraz etmişlər.:
- nəğməkar: Əyyub Şəhbazi
- Bəstəkar: Qulam Riza Mirzəzadəh
- Aranjör: Məhamməd Hüseyn Dırablı
- oxucu: Dr İsfəndiyar Qarabaği
Tirəxtur Iftixarımız
Zəfər marşını çalan bizik, dünya boyu qalan bizik, qəhrəmanlıq bizimkidir, irana baş olan bizik,
bir iki üç dört
Azərbaycan diyarımız, Tirəxtur iftixarımız, ədəb şərəf şuarımız, Tirəxtur iftixarımız,
birlik gücün inanmışıq, dağlar kimi dayanmışıq, çox meydanlar dolanmışıq, iftixarlar qazanmışıq,
bir iki üç dört
Azərbaycan diyarımız, Tirəxtur iftixarımız, ədəb şərəf şuarımız, Tirəxtur iftixarımız,
Traktorun adı
Klub öz adını onun rəsmi sponsoru olan Təbrizin Traktor istehsal edən zavodunun adından götürmüşdür. İngiliscə "Tractor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər. Bu səbəbdən də azarkeşlər öz sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə alqışlayırlar. Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktor" adlandırılmasına etiraz etmək için köynəklər və bayraqlarına "Tirəxtur" və ya "Traxtur" yazırlar, amma polislər azarkeşlərə əksər hallarda üzərinə "X" yazılmış bayraqlar və köynəklərlə stadiona daxil olmağa imkan vermirlər.
Uğurları
İran Çempionatında və Kubokunda
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VT | BT | Xal | Ölkə kuboku |
---|---|---|---|---|---|---|---|---|---|---|
1992–1993 | Azadegan | 3 | ||||||||
2011–2012 | Pro Liqa | 2 | 34 | 19 | 9 | 6 | 57 | 32 | 66 | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində
Komandanın keçmişində əməyi olanlar
Ən məşhur oyunçuları
- Kərim Baqiri (–)
- Kərrar Casim (2009–iyun 2011)
- Rəsul Xətibi (2010)
- Leonardo Pimenta (2009–iyun 2011)
- Məhəmməd Nüsrəti (Məmməd Bara) (2009–iyun 2011)
Baş məşqçiləri
- Məhəmməd Bəyati (1974–75)
- Hüseyn Fekri (1976–78)
- ? (1978–88)
- Hidayət Mahabadpour (1988–1991)
- Vasili Qoca (mart 1991-mart 1994)
- Ted Dumitru (aprel 1994-iyul 1995)
- Vasili Qoca (25 iyul 1995-dekabr 1996)
- Məhəmməd Hüseyn Ziyayi (yanvar 1997-iyul 1997)
- Ted Dumitru (iyul 1997-dekabr 1997)
- Məhəmməd Hüseyn Ziyayi (dekabr 1997-yanvar 1998)
- Boris Tibilov (yanvar 1998-mart 1998)
- Məhəmməd Hüseyn Ziyayi (mart 1998-iyul 1998)
- Firuz Kərimi (iyul 1998-mart 1999)
- Səttar Nobəri (mart 1999-may 1999)
- Məhəmməd Hüseyn Ziyayi (iyun 1999-sentyabr 2000)
- Riza Vətənxah (oktyabr 2000-iyun 2001)
- Məhmud Yavəri (iyul 2001-yanvar 2002)
- Həsən Azərniya (fevral 2002)
- Əhəd Şıxları (mart 2002-iyun 2003)
- Vasili Qoca (iyul 2003 – 23 dekabr 2003)
- Həmid Əlidusti (fevral 2003-may 2004)
- Məhəmməd Hüseyn Ziyayi (2004)
- Ernst Middendorp (8 iyul 2004-mart 2005)
- Fərşad Piyus (iyun 2005 – 16 may 2007)
- Əliriza Purmənd (17 may 2007-iyun 2007)
- Əhəd Şıxları (iyul 2007-iyun 2008)
- Fəraz Kəmalvənd (iyul 2008 — iyun 2011)
- Əmir Qalanoyi (iyun 2011 — iyun 2012)
- Toni (iyun 2012-)
Hazırkı rəhbərlik
Mövqe | Kadr |
---|---|
Prezident (Başqan) | Məhəmməd Hüseyn Cəfəri |
Nəzarətçi | Həsən Azərniya |
Baş məşqçi | Qələnoyi |
Birinci məşqçi | Qulamriza Bağabadi |
İkinci məşqçi | Campelos |
Üçünci məşqçi | ƏliRiza Pejman |
Qapıçılar məşqçisi | Paulo Fernandes |
Müşahidəçi scout uyğun | Kardoso Oliveyra |
Bodibilding məşqçisi | ? |
Lojistik | Əhməd Əbhəran |
Şəkillər
- Tractor - Naft Tehran
İstinadlar
- "Dünyanın en çök Türk taraftara sahip futbol kulübü..." Hürriyet. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2016.
- "تراکتورسازی تبریز به لیگ برتر فوتبال ایران". 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
- tamaşaçı toplaşmaq rekordunu qırdılar(تبریزیها رکورد حضور تماشاگر را شکستند، تاریخ بازدید : ۱۷ بهمن ۱۳۸۸، تاریخ ۱۷ بهمن ۱۳۸۸، خبرگزاری فارس)
- "Əziz Məhəmmədi: Tirəxtur üstün liqada tamaşaçı rekordunu əlində saxlayıb ( عزیزمحمدی: تراکتور رکوردار تماشاگران لیگ برتر است تاریخ بازدید: ۲۸ فروردین ۱۳۸۹، تاریخ ۲۸ فروردین ۱۳۸۹، فوتبال سه)". 2013-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
- "زنان و کودکان تماشاگران ویژه تراکتورسازی و پرسپولیس تاریخ : 27 فروردین 1389 ، خبر آنلاین". 2010-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
- "حضور تعدادی از هواداران زن تراکتورسازی تبریز در بازی رفت روز جمعه، یاری یول ، تبریز سسی". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
- Tırəxtur yandaşlarının "Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir" sloqanından video görüntüsü(ویدئوی شعار" اورموگؤلؤ جان وئریر- مجلیس اونون قتلینه فرمان وئریر" در استادیوم سهند تبریز)
- "Tırəxtur yandaşları yarış sürəcində, şuar verməklə, İslami şura məclisindən istədilər Urmu Gölü durumuna görə uyğun işlər görsün(هواداران تراكتورسازي تبريز در طول بازي با شعارهايي از مجلس شوراي اسلامي خواستند درباره وضعيت درياچه اروميه اقدامي مناسب انجام دهد.)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
- "'Traktor Sazi-İstiqlal' müsabiqəsi: "Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir"- VİDEO". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
Xarici keçidlər
- Tirəxtur Yandaşlarının Portalı
- Tirəxtur yandaşlarının Facebook səhifəsi
- Tractorspor xəbər və bilgi saytı
- Rəsmi Sayt
- Tiraxturun bütün linkləri تيراختورلینک
- Traxtorçılar(Yandaşlar Portalı) تيراختورچیلار Arxivləşdirilib 2013-07-30 at the Wayback Machine
- Traxtorçi(Yandaşlar Portalı) Arxivləşdirilib 2013-11-04 at the Wayback Machine
- TractorFC(Yandaşlar Klubu)
- Trakhtorfans(Yandaşlar Portalı)
- Tiraxtur istiqlal Oyunu Tehran da, Jan 2010, Qol ve qol dan sonra ki Shadliq ve Mekzik Dalghasi
- Bir Klip
- Tiraxtur oyununda görüntü toplusu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Video Toplusu – Tractor Sazi E Azerbaijan – The World's Most Popular Spectator Football Team (soccer) Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine