Traktat

Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır.

Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsi ilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.[1]

Mənbə

  1. Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.