Tozlu tufanlar
Tozlu tufanlar
Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir. Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur. Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar, adətən, havanın nisbi rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar. Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır. Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə və torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə tədbirlərə aşağıdakılar daxildir. Ağac tipli meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b. Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.
Axın fırtınaları
- Axın fırtınalarında «burağan gövdə» olmur, odur ki, hərəkət edən hava axın şəklində olur. Belə fırtınalardan ən çox yayılanı qışa bəzi çayların mənsəbində və estuarilərdə baş verən, sahilboyu ərazilərdə yerləşən dağlardan yüksək sürətlə aşıb gələn bora adlanan güclü soyuq sərt şimal küləyidir. Bora quru və su hövzələri arasında atmosfer təzyiqi kəskin fərqli (quruda yüksək, su hövzəsində isə aşağı) olduqda yaranır. Sürəti bəzən 40 m/san-dən də çox olur. Bora tipli küləklər Novorossiyskdə - «Nord-ost», Baykalda - «Sarma», Provansda (Fransanın Aralıq dənizi sahili boyu və Atlantika sahillərində) - «Mistral», Texasda (ABŞ-da) - «Norzer», Amazonka çayında - «Pororoka» adlanır. Ən güclü bora Çində Fuçuntsyan çayında müşahidə olunur.
Bora hadisəsi
Bora hadisəsinə Novorossiysk borası klassik misal ola bilər. Şimaldan gələn soyuq hava kütləsi Qafqaz sıra dağlarının qərb qurtaracağından aşaraq Qara dənizin Semes buxtasına düşür və Novorossiyskiyə basılır. Bu zaman bir neçə saat ərzində temperatur 20° Çidən çox aşağı düşə bilər. Küləklə dənizdən ayrılan su damlalarmın surəti 60 m/san-yə çataraq liman və şəhər tikililərində və, buxtadan çıxmamış gəmilərdə donur. Əmələ gələn buz qatının qalınlığı bəzən 4 m-dən də çox ölür. Donmuş gəmilər çevrilir. Belə ki, 1848-ci ildə praktiki olaraq Qara dəniz eskadrası məhv edildi. Yalnız fraqman freqatı (hərb gəmisi) «Midiya» və Şxuna (üçdorlu yelkənli gəmi), «Smelıy» salamat qaldı, qalanları isə sahilə atıldı və ya donaraq komanda ilə bir. yerdə suya batdı. Bir çox binaların qapı və pəncərələri qırıldı, möhtəşəm ağaclar, teleqraf dirəkləri və evlərin çardaqları yerindən qopdu, dəmir yolunda vaqonlar çevrildi. Son 10 il ərzində Novorossiyskdə belə güclü boralar iki dəfə baş vermişdir. Antarktika, Novozemelski və Balxaş boralan Novorossiyski boralarına bənzərdir.
Xortumlu fırtınalar
Xortumlu fırtınalar (tromb, tornado) - olduqca tez (sürətlə) fırlanan qıf formalı hava burulğanıdır. Qıfın daxilində təzyiq kəskin aşağı olur. Bir qıfın fırlanma sürəti böyük həddə dəyişir və bəzən havada sürəti hətta səsin sürətindən də çox olur (1200 kmsaat). Qasırğadan fərqli olaraq xortumlu fırtınalar insan ölümünə də səbəb olur. Şərqi Avropada Mərkəzi-qaratorpaq rayonunu, Baltikyanı ölkələri və geniş yüksək xortumlu fırtınalar fəaliyyət göstərən vilayətlərə aid edir. Ayrı-ayrı bu tipli fırtınalar Solovetsi adaları ərazisində qeydə alınmışdır.[1]
İstinadlar
- Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008