Toyotomi Hideyoşi
Toyotomi Hideyösi (yap. 豊臣 秀吉?; 17 mart 1537, Nakamura[d] – 18 sentyabr 1598[1][2][…], Fuşimi qəsri) — Yaponiyanı birləşdirən hərbi və siyasi xadim.
Toyotomi Hideyoşi | |
---|---|
yap. 豊臣秀吉 | |
Doğum tarixi | 17 mart 1537 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 sentyabr 1598[1][2][…] (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyi
Toyötomi Hideyösi 1536 ilin ilk ayının[3] ilk günü, Ovari əyalətinin Aiti nahiyəsində(indi Nakamura -Naqoya şəhərinin rayonlarından biri)Nakamura kəndində doğulub. 8 yaşı tamam olanda Xideyösinin atası ölür. 1551 ildə 15 yaşı tamam olanda ata evini tərk edir və taleyini sınamağa yollanır.
Çox keçmədən o Matsusita Hakey adlı bir feodalın qulluğuna girir. Həmin vaxt Yaponiya feodal pərakəndəlik burulğanında boğulmaqda idi. Feodallar bir biri ilə çəkişir, xalq isə əziyyət çəkirdi. Hideyösi bu mühitdə qala bilmir. Buna baxmayaraq Matsusitanın qəsrində keçirdiyi bir neçə il Xideyösinin qəlbində dərin iz buraxır. Elə buradaca onun yetkinlik ayini keçirilir. Bu ayini 12–16 yaş arası keçirirdilər. Uşağın başını qırxırlar və, əgər o zadəgan ailəsindəndirsə, ona samuray qılıncı bağışlayırlar. Beləliklə Hidəyösi 16 yaşına yetkinliyə çatır. Matsusita ona samuray qılıncı bağışlayır və ona Tokiti adını verir. Öz həyatı boyu Hideyösi, samuray adətlərinə uyğun olaraq, bir neçə dəfə adını dəyişir. Doğulanda valideynləri ona Hiyösi adını verirlər. Yetkinlik ayinindən sonra Tokiti adını alır, 26 yaşında evlənəndən sonra isə Hideyösi adını, və bu adla da tarixə düşür. Əvvəlcə o atasının Kinosita soyadını daşıyır, sonra onu Xasiba soyadına dəyişir. Zadəgan Toyötomi soyadını isə ona imperator verir. Ayindən sonra Hideyösi Matsusitanı tərk edir və öz doğma yurduna qayıdır. Və elə burada o Oda Nobunaqa ilə qarşılaşır.
Ədəbiyyat
- -А.А Искендеров. Тоётоми Хидэёси. Üçüncü hissə-Xideyösinin gəncliyi
İstinadlar
- Kuwata T. Toyotomi Hideyoshi // Encyclopædia Britannica (ing.).
- Toyotomi Hideyoshi // Brockhauz Ensiklopediyası (alm.).
- Bax, Nixon-no kassen(Yapon savaşları). T.6. Toyötomi Xideyösi. Tokio, 1978, s.11