Toxum ciyəsi
Toxum ciyəsi (lat. funiculus spermaticus) — çeçələ barmaq yoğunluğunda yumşaq və girdə bir ciyədir. Uzunluğu 15–20 sm-dir. Qasıq kanalının dərin halqasından başlayaraq kanal ilə xaricə doğru gedir və xayanın yuxarı ucunda tamam olur.
Toxum ciyəsi | |
---|---|
| |
| |
Latınca | Funiculus spermaticus |
Qrey | subyekt 258 1239 |
Üzv | Kişi cinsiyyət |
MeSH | Spermatic+Cord |
Vikianbarda əlaqəli mediafayllar |
Tərkibi
- Toxumdaşıyıcı axacaq — lat. ductus deferens
- Xaya arteriyası — lat. art. testicularis
- Toxumdaşıyıcı axacaq arteriyası — lat. art. ductus deferentis
- Toxumdaşıyıcı axacaq venaları — lat. vv. ductus deferentis
- Tənəyəbənzər venoz kələf — lat. plexus venosus pampiniformis
- Xaya kələfi — lat. plexus testicularis
- Toxumdaşıyıcı axacaq kələfi — lat. plexus deferentialis
- Limfa damarları — lat. vasa lymphatica
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.