Toxtamış
Toxtamış (1342?-1405-08?, Tümen yaxını, Qərbi Sibir) Tatarca:Тухтамыш/Tuqtamış) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir.
Toxtamış xan | |
---|---|
Тохтамышхаан | |
![]() | |
![]() | |
1380 – 1395 | |
Əvvəlki | Qiyasəddin Xaqanbəy xan/Urus xan |
Sonrakı | Timur Qutluq xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Vəfat yeri | Saray-Cük |
Milliyyəti | Monqol |
Fəaliyyəti | Muzdlu döyüşçü |
Atası | Tuy Xoca |
Anası | ? |
Uşaqları | |
Ailəsi | Çingizlilər |
Dini | İslam |
![]() |
Hakimiyyəti
thumb|right|300px|Vasili Smirnovun Toxtamışın Moskovanın mühasirəsi adlı tablosu Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı. Balxaş gölündən Litvayacan uzanan dövlətin hakimi oldu.
Toxtamış-Teymur savaşları
Bu uğurlardan sonra Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə qovuşdurmaq məqsədiylə Teymura bağlı olan Xarəzmi geri istədi. Bu istəyi onun Teymurla aralarının pisləşməsinə səbəb oldu. 1387-ci ildə 50000 əsgərlə Azərbaycana hücuma keçdi. 200.000 əsirlə geri qayıtdı. 1387-ci ildə, Teymurun çıxdığı qərb səfərindən yararlanaraq onun oğlu Ömər Şeyxi məğlub edib bütün Mavəraünnəhri yağmaladı. Ancaq ağır keçən qışa görə qayıtmağa məcbur oldu. Toxtamış, Məmluk sultanı Bərkuka elçiler göndərərək Teymura qarşı onunla ittifaq bağladı. Əmir Teymur həmin il Qızıl Ordaya hücum edərək Timur Qutluq xanı taxta gətirdi.
Hakimiyyət uğrunda müharibə
Toxtamış xan hakimiyyətə qayıtmaq üçün Vitautasdan kömək aldı. 1399-cu ildə Vorskla çayı döyüşündə məğlub olaraq qaçdı. Timur Qutluq xan və Edigey Qızıl Ordanın hakimiyyətini ələ aldılar. Toxtamış isə 1406-cı ildə öldürüldü. O Monqol yazısı ilə pul buraxan son hökmdardır.
Ailəsi
Toxtamış xan Edigeyin bacısı ilə evlənmişdi. Övladları:
- Cəlaləddin xan
- Kərimberdi xan
- Köbək xan
- Qədirberdi xan
- Cabbarberdi xan
- Seyid Əhməd xan
- Canikə xanım - Edigey ilə evlənmişdi.
- Canikə Sulxan xanım
- Sentyak xan
1380-ci ildə isə Mamay xanın dul arvadı Tulunbəy xanım ilə evlənmişdi.