Toxar dilləri
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır.
Toxar dilləri | |
---|---|
Danışanların ümumi sayı | nəfər. |
Təsnifatı | |
Dil kodları | |
Glottolog | tokh1241 |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur.
İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur.
Kəşf edilməsi və tarixi
XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur.
Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır:
- Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir.
- Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir.
- Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir. Krorända tapılan və tamamilə Tohar C dilində yazılmış sənədlər 2018-ci ildə nəşr olunmuşdur.
Toxar dili, ehtimal ki, 840-cı ildən sonra, qırğızlar tərəfindən Monqolustandan qovulan uyğurların Tarım hövzəsində məskunlaşmasından sonra məhv olmuşdur. Bu nəzəriyyə toxar mətnlərinin uyğur dilinə tərcüməsinin kəşfi ilə dəstəklənmişdir.
Bəzi Çin sözləri toxar mənşəlidir. Qədim Çin dilində bal mənasını verən *mjit (Ənənəvi Çincə: 蜜; mì) sözünün Proto Toxar dilindəki *ḿət sözündən götürüldüyü güman edilir. Bir çox müasir Hind-Avropa dillərində oxşar sözlər bal və bal şərabı mənasında istifadə olunur.
Digər Hind-Avropa dilləri ilə müqayisəsi
Toxar dilində sözlər | |||||||||||
Azərbaycan dilində | Toharca A | Toharca B | Yunanca | Sanskrit dili | Latınca | Proto-German dili | Qot dili | Qədim İrland dili | |||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
bir | sas | ṣe | heîs, hen | sa(kṛ́t) | semel | *simla | simle | samail | |||
iki | wu | wi | dúo | dvā́ | duo | *twai | twái | dá | |||
üç | tre | trai | treîs | tráyas | trēs | *þrīz | þreis | trí | |||
dörd | śtwar | śtwer | téttares, téssares | catvā́ras, catúras | quattuor | *fedwōr | fidwōr | cethair | |||
beş | päñ | piś | pénte | páñca | quīnque | *fimf | fimf | cóic | |||
altı | ṣäk | ṣkas | héx | ṣáṣ | sex | *sehs | saihs | sé | |||
yeddi | ṣpät | ṣukt | heptá | saptá | septem | *sebun | sibun | secht | |||
səkkiz | okät | okt | oktṓ | aṣṭáu, aṣṭá | octō | *ahtōu | ahtau | ocht | |||
doqquz | ñu | ñu | ennéa | náva | novem | *newun | niun | noí | |||
on | śäk | śak | déka | dáśa | decem | *tehun | taihun | deich | |||
yüz | känt | kante | hekatón | śatām | centum | *hundą | hund | cét | |||
ata | pācar | pācer | patḗr | pitṛ | pater | *fadēr | fadar | athair | |||
ana | mācar | mācer | mḗtēr | mātṛ | mater | *mōdēr | mōdar | máthair | |||
qardaş | pracar | procer | phrā́tēr | bhrātṛ | frāter | *brōþēr | brōþar | bráthair | |||
bacı | ṣar | ṣer | éor | svásṛ | soror | *swestēr | swistar | siur | |||
at | yuk | yakwe | híppos | áśva- | equus | *ehwaz | aiƕs | ech | |||
inək | ko | keu | boûs | gaúṣ | bōs | *kūz | (OE cū) | bó | |||
ses | vak | vek | épos | vāk | vōx | *wōhmaz | (Du gewag) | foccul | |||
isim | ñom | ñem | ónoma | nāman- | nōmen | *namô | namō | ainmm | |||
süd sağmak | mālkā | mālkant | amélgein | ||||||||
mulgēre | *melkaną | miluks | bligid (MIr) |