Toto Muzeyi

Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu)Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir.

Toto Muzeyi
TOTOミュージアム
Əsası qoyulub 28 avqust 2015
Mövzu tualet
Ölkə
Yerləşir Kitakyuşu
33°52′19″ şm. e. 130°52′20″ ş. u.
jp.toto.com/en/knowledge…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

"Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur.[1] Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır.[2] Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir.[3]

Xüsusiyyətlər

Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır.[2] Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.[1] Muzeyin əsas eksponatlarından biri Yaponiyada quraşdırılmış ilk vahid hamamdır. Bu vahid hamam 1964-cü ildə keçirilmiş Yay Olimpiya Oyunları üçün hazırlanmışdır.[2] Ziyarətçilərə şirkət tərəfindən istehsal olunmuş yeni tualetləri sınaqdan keçirmələrinə icazə verilir.[1]

Muzeyin birinci sərgi otağı şirkətin tarixinə, ikinci sərgi otağı isə tualet biznesinin qabaqcıllarına və tualetin təkamül tarixinə həsr olunmuşdur. Bu sərgi otaqlarında qalereyalar yerləşir. Üçüncü sərgi otağında dünyanın müxtəlif regionlarında satılan tualet və vanna məhsulları nümayiş etdirilir. Xüsusi sərgi otağı il boyunca baş tutan spesifik sərgilər üçün ayrılmışdır. Muzeyin kitabxanasında "Toto" şirkətinin tarixi, tualetlər, eləcə də, ictimai sağlamlıq haqqında materiallar əldə etmək mümkündür. Muzey mağazasında şirkətin məhsulları və suvenirlər satılır.[4]

Qalereya

İstinadlar

  1. "TOTO Museum". Japan Guide. 16 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2023.
  2. "We explore the evolution of the toilet at Kitakyushu's newly opened TOTO Museum". Sora News (ingiliscə). 31 avqust 2023. 17 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2023.
  3. Fifield, Anna. "Japan has a thing for toilets, and now a dedicated museum". The Washington Post (ingiliscə). 16 dekabr 2015. 17 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2023.
  4. "TOTO Museum". Toto şirkətinin rəsmi saytı (ingiliscə). 16 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.