Torres boğazı

Torres boğazıSakit okeanına daxil olan Mərcan dənizini Hind okeanına daxil olan Arafur dənizi ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Papua-Yeni Qvineya adalarından ayırır. Boğazın eni 150 km təşkil edir. Cənubda Avstraliyanın Kvislend ştatının ərazisi olan Keyp-York yarımadası, şimalda isə Papua Yeni Qvineyanın Qərb vilayyətinə daxildir.

Torres boğazı
ing. Torres Strait
Ümumi məlumatlar
Eni minimum 150-240 km
Uzunluğu 74 km
Yerləşməsi
9°52′49″ c. e. 142°35′26″ ş. u.
Ölkələr
Akvatoriyası
Ayırır Avstraliyanı Papua-Yeni Qvineyadan
Torres boğazı xəritədə
Torres boğazı
Torres boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Boğaz şərqdə Mərcan dənizi ,qərbdə isə Arafur dənizi yerləşir. Boğaz çox kiçik riflər və adalar buradan naviqasiya üçün təhlükəlidir. Burada bir sıra adalar vardır ki, onlar da birlikdə Torres boğazı adaları adlanır. Burada 274 ada var ki, onunda 17 yaşayış üçün əlaməti vardır. Mərkəzi hissələrdə mərcan məşəlli ,şərqdə isə vulkan məşəllidir. Burada yerli əhali Maleneziyalılar əsas papuaslardır. Aborigenlərin dili Kolo-Laqov-ya,Meriam-mir və brokan dilləridir. 2001-ci il statikasına görə adalarda 8,089 nəfər yaşayır.

Tarixi

Boğazı ilk üzüb keçən avropalı Luis Baes de Torres olur. O ispan dənizçisi Pedro Fernando Kirosun köməkçisi olaraq Perudan Sakit okeanın cənubuna üzərkən 1605-ci ildə kəşf edilir. O Manila və Malukka adaları arasından üzərək Yeni Qvineya adalarının cənubuna irəliləyir və ola bilsin Avstraliyanın şimalına qədər gəlir ancaq bu haqqda gəmi kitabçasında qeydlər yoxdur. 1769-cu ildə Şotlandiyalı coğrafiyaçısı Aleksandr Davimpl Torresin yazdığı məruzəni oxuyur və boğazı Torres boğazı adlandırır. 1770-ci ildə Ceyms Kuk boğazı üzərək Avstraliya sahillərinə catır. 1879-cu ildə Torres boğazı adaları Kvislənd bölgəsinə daxil edilir. Boğazın uzunluğu 74 km təşkil edir.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.