Torre Espacio

Torre Espacioİspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır.

Torre Espacio

40°28′44″ şm. e. 3°41′12″ q. u.


Yeri Madrid
Tikilmə tarixi 2008
Hündürlüyü
Dam 230 m
Ən üst mərtəbə 224,15 m
Texniki göstəriciləri
Mərtəbə sayı 57
Daxili sahəsi 56 259 m²
Lift sayı 27
Xəritədə yeri

SkyscraperPage səhifəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi.

Xüsusiyyətləri

  • Maksimum hündürlük - 230 metr, dama qədər olan hündürlük - 224.15 metr
  • binanın uzunluğu və eni - hər biri 46,2 metr
  • mərtəbə hündürlüyü - 2.85 metr
  • 56 yerüstü, 6 yeraltı mərtəbə sayı
  • 27 lift sayı[1]
  • Binanın daxili sahəsi - 56 259 m²
  • Tikinti dəyəri - 390 milyon avro
  • Memar - Henri Kobb[2]

Tikilişi

Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır.

4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür.

2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu.

Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu.

Həmçinin bax

İstinadlar

  1. Torre Espacio Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (ing.) saytında schindler.com
  2. Torre Espacio Arxivləşdirilib 2016-10-14 at the Wayback Machine (ing.) saytında

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.