Torloniya villası

Torloniya villası (it. Villa Torlonia) - Romada Torloniya ailəsinə məxsus villadır. Villanın girişi Nomentan yolundandır.

Torloniya villası
Villa Torlonia
Ölkəİtaliya
SaytRəsmi sayt

Villa, neoklasik üslubda memar Cüzeppe Valadye tərəfindən layihələndirilmişdir. Tikinti 1806-cı ildə bankir Covanni Torloniya tərəfindən sifariş edilərək başlamış və oğlu Alessandronun nəzarəti altında tamamlanmışdır.

Vladimir Nabokovun bioqrafı Endryu Fildin sözlərinə görə, 1910-cu illərdə bu villanı gələcək yazıçı Vasili İvanoviç Rukavişnikovun əmisi icarəyə götürmüşdü. O, Rusiyanın Romadakı səfirliyinin katibi və Rusiyada ən varlı Ural qızıl mədənçi ailəsinin varisi idi[1] .

Villa bir müddət istifadə edilmirdi, lakin 1920-ci illərdə Torloniya knyazı, onu Benito Mussoliniyə ildə 1 lirəlik simvolik icarə haqqı ilə iqamətgah kimi hədiyyə etmişdi. Villa, 1945-ci ildən tərk edilsə də, sonralar restavrasiya edilərək turistlərin ziyarəti üçün açılmışdı. Burada həmçiniTorloniya ailəsinə aid antik heykəllər də nümayiş olunur.

Arxeoloqlar Villa Torloniyanın altında dövrümüzün başlanğıcındakı Yəhudi katakombalarını kəşf etdilər.

XV əsrin sonlarında Romada mövcud olmuş Palazzo Torloniya sarayı ilə səhv salmaq lazım deyil.

İstinadlar

  1. Field Andrew. VN. The Life and Art of Vladimir Nabokov. NY: Crown Publ. Inc. P. 37.

Ədəbiyyat

  • Чиано Галеаццо. Дневник фашиста. 1939—1943. (Москва: Издательство «Плацъ», Серия «Первоисточники новейшей истории», 2010, 676 стр.) ISBN 978-5-903514-02-1

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.