Torii
Torii (yap. 鳥居 — "quşlar oturan yer") — yapon dini olan sintonun məbədləri – dzindyanın qarşısında qurulan ritual qapılar. Onlar qapısı olmayan, qırmızı rəngə boyanmış iki dirəkdir. Yuxarıdan iki dirəklə də birləşirlər. Yuxarı dirək "kasaqi" (笠木), aşağı dirək "nuki" (貫) adlanır.
![](../I/Fushimi_Inari_-_front_torii.jpg.webp)
Torii
Ritual mənası
Hesab edilir ki, toriilər "digər, o dünya" olan kamiyə girişdir. Orada isə hər bir kəs ruhlarla görüşə bilər. Keçmişdə yaponlar inanırdılar ki, ölənlərin ruhunu quşlar aparırlar və tez-tez belə qapılarda dincəlirlər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.