Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir.
Torfeno Branişte | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 1 oktyabr 1935 |
Yerləşməsi | |
42°34′42″ şm. e. 23°15′56″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır.
Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir.
Ekologiya
Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir. Bura həmçinin Bolqarıstanda nadir endemik ətyeyən bitkiləri - Pinguicula Balcanica, Drosera Rotundifolia və kiçik gölməçələrdə tapılan Utriculiya-nın iki növünü - Utricularia Minor və Utricularia Australisi görə biləcəyiniz çox az yerlərdən biridir.
Qoruğun faunası olduqca da zəngindir. Buradan maral, canavar, çöldonuzu və nadir hallarda ayıların keçdiyi məlum olmuşdur.
Qalereya
- Torfeno Branişte qoruğu
- Torfeno Braniştenin yüksəklikdə yerləşən ərazisi ("Kiçik aslan" zirvəsi 2052 m)
- Torfeno Braniştenin aşağı hündürlükdəki şimal sahəsi
Mənbə
- BG Globe: About Vitosha Mountain
- Vitosha Nature Park. Website.
- Bulgaria Tour: Vitosha Nature Park Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
- Vitosha Map.