Tor (Marvel Comics)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır.
Tor | |
---|---|
Thor | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
"Venera" #51 (1951) |
Yaradıcı(lar) |
Sten Li Lari Liber Cek Kirbi |
Xüsusiyyətlər | |
Əsl adı | Tor Odinson |
Doğum yeri | Asqard |
Cinsiyyəti | kişi |
Boyu | 198 sm |
Çəkisi | 290 kq |
Göz rəngi | göy |
Saç rəngi | sarı |
Növü | asqardlı |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qisasçılar Üç döyüşçü Tanrı heyəti Tor Korpusu Əsrarəngiz Qisasçılar |
Partnyorları |
Beta Ray Bill Sif |
Yaxınları | Loki, Hela |
Düşmənləri | Loki, Hela |
Ləqəbləri | Donald Bleyk, Erik Masterson, Odinson, Şimşək tanrısı, |
Gücləri |
ildırım yaratmaq və onu idarə etmək yaşlanmamaq, suya, yeməyə, havaya ehtiyac olmamaq yorulmamaq inanılmaz güc, dayanıqlıq uçmaq |
Silahları | Myolnır |
Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur.
Nəşr olunma tarixi
1962–1990
Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür.[1] Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera"[2] komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu. Sten Li 2002-ci ildə Torun yaradılması ilə bağlı açıqlama verir:
Ən güclü şəxsdən daha güclü birini necə yarada bilərsən? Nəhayət, ağlıma bir fikir gəldi: İnsan yaratmamaq, tanrı yaratmaq. Oxucular yunan və Roma tanrıları ilə tanış idilər. Skandinaviya mifologiyasına müraciət etmək daha maraqlı idi... Bundan başqa mən Skandinaviya tanrılarını qədim vikinqlər kimi uzun saqqallı, buynuzlu dəbilqəli təsvir etdim. "Müəmmaya səyahət" üçün mən məhz Toru seçdim. Mən onu təsvir etdim, lakin vaxtım olmadığından qardaşım Laridən onun üçün bir hekayə yazmasını xahiş etdim... Bu işə Cek Kirbi də kömək etdi.[3] |
1984-cü ildə isə Cek Kirbi deyir: "Mən 1950-ci illərdə DC Comics üçün də Torun bir versiyasını yaratmışdım, amma mən Marvel Comicsdə də Toru yenidən yaratdım, çünki mən əfsanələrə aşiq idim, Balder, Odin və Heymdall haqqında bilirdim. Mən onu yenidən yaratmağa və kostyum fikirləşməyə çalışdım.[4] Lakin o həmişəki Tor idi." 1992-ci ildə bir açıqlamasında Cek Kirbi yenə Tor haqqında öz fikirlərini bildirir: "Mən bilirdim ki, Tor haqqında əfsanələr çox yaxşıdır, lakin mən onları müasirləşdirmək istədim. Bu komikslər üçün yeni bir şey ola bilərdi: Əfsanələri götürmək və onları müasirləşdirmək."[5]
13 səhifəlik "Qüdrətli Tor" komiksindən sonra Sten Li komiks çəkməyə, Lari Liber və "R. Berns" təxəllüsü ilə çıxış edən Robert Bernşteyn hekayə yazmağa davam edir. Cek Kirbi, Al Hartli, Co Sinnot, Don Hek də bu personajın formalaşdırılmasında iştirak edir. Bu komiksin 101-ci sayından (fevral, 1964) 179-cu sayına qədər[6][7] (avqust, 1970; O vaxt komiks artıq "Tor" adlanırdı) Sten Li rəssam kimi, Cek Kirbi isə rəssam və yazıçı kimi komiksə töhfə verir.
Sten Li və Cek Kirbi Toru "Qisasçılar" komiksinin ilk sayında (sentyabr, 1963) qurucu üzvlərə daxil edirlər.[8] Bundan sonra komiks seriyasının hər cildində Tor komandanın üzvü kimi görünür.
Komiksin 97-ci sayından[9] (oktyabr, 1963) etibarən komiksə 5 səhifəlik "Asqard nağılları" adlı hekayə daxil edilməyə başlanır, 104-cü saydan etibarən isə mütəmadi olaraq komiksin üz qabığında "Qüdrətli Tor" yazısı yazılır. 105-ci sayda komiksinin səhifə sayı 18-ə qalxsa da, 5 buraxılışdan sonra 16 səhifə olur. Komiks tarixçisi Les Daniels qeyd edir ki, Torun macəraları tədricən qəribə görkəmli qəhrəmanın hekayələrindən möhtəşəm dastanlara çevrilmişdir.[10] Torun rəssamlarından biri olmuş Çik Ston demişdir: "Kirbi sizə iki müxtəlif dünyaya yol aça bilirdi. Oxucular onu hər yerdə təqib edirdilər."[11]
"Müəmmaya səyahət" komiksi 126-cı saydan başlayaq (mart, 1966) "Tor" adı ilə nəşr olunmağa başlanır. (Qüdrətli Tor başlığı ilə) Komiksin 146–152-ci saylarında (noyabr, 1967-may, 1968) isə komiksə "Asqard nağılları" deyil, 5 səhifəlik "Qeyri-insanlar" hekayəsi daxil edilir. Daha sonra "Tor" komiksinin səhifəsinin sayı 20-yə qalxır. Marvel Comics 1967-ci ildə "Qüdrətli Tor" üçün əmtəə nişanı yaratmağa qərar gəlir, 1970-ci ildə isə ABŞ Patent və Marka qeyd olmaz üçün büro tərəfindən qeydiyyatına icazə verir.[12]
Kirbinin komiksdən kənarlaşmasının ardından Nil Adams 180 və 181-ci saylarda (sentyabr-oktyabr 1970)[13] rəssamlığı öhdəsinə götürür. Nildən sonra Con Buskema bu işi görməyə başlayır. Komiksin 278-ci buraxılışına qədər (dekabr, 1978) Con komiksdə fəaliyyət göstərir. Cek Kirbinin komiksdən ayrılmasından qısa müddət sonra Sten Li də hekayə yazmağı buraxır. Con Buskemanın uzun müddətli fəaliyyəti müddətində komiks üçün hekayə yazmağa Qeri Konvay, Len Veyn və Roy Tomas davam edir. Conun gedişindən sonra Roy Tomas və Keyt Pollar onun işini davam etdirməyə başlayırlar. Bu periodda Tomas german-skandinav mifologiyasından bir çox elementi komiksə daxil edir.
1970-ci illərdə Marvel Comics Torun başqa komiks seriyasında görünməsi üçün qərar verirlər. "Tor İlliyi"[14] komiksinin 5-ci sayında (1976) ləğv olunan bu layihə üçün Stiv Enqlhart tərəfindən yazılan hekayə peyda olur. Ağ-qara Tor personajı "Marvel Preview" komiksinin 10-cu buraxılışında (qış, 1977) da yer alır.[15]
"Tor" komiksinin 337-ci sayından (noyabr, 1983) yazıçılığı və rəssamlığı işini Volt Simonson götürür.[16] Onun hekayələrində Torun mifoloji mənşəyi xüsusilə vurğulanırdı. 367-ci saya qədər (may, 1986) o, rəssam-yazıçı kimi işləyir, 382-ci saya qədər isə (avqust, 1987) arabir bu işlə məşğul olurdu. Simonsonun Torun silahdaşı kimi yaratdığı Beta Ray Bill[17][18] personajı böyük uğur qazanır. Simonsonun sonraki hekayələri Sal Buskemanın əli ilə çəkilməyə başlayır. Sal Buskema onun fəaliyyətini belə təsvir etmişdir: "Onun hekayələri çox həvəsləndirici idi. Hekayələri üzərində işləmək böyük zövq idi, çünki onları çəkmək əyləncəli idi. Onun böyük ideaları var idi və Toru tamamilə yeni bir istiqamətə apardı." "Tor"u tərk etməyinin səbəbini soruşduqda isə Simonson demişdir ki, o yaradıcı istiqamətini dəyişdirdiyinə[19] görə komiksi tərk edir. Simonson müəyyən vaxt ərzində iş yükünü azaltmaq istəyirdi.[20] Simonsunun gedişindən sonra həmin dövrdə Marvel Comicsin baş redaktoru olan Tom Defalko komiksdə yazıçı olur. O, əsasən rəssam Ron Frenslə birlikdə işləyir və komiksin 459-cu buraxılışına qədər (fevral, 1993) burada olur.
1990-h.h.
1990-cı illərdə "Qəhrəmanlar yenidən doğulur" hekayəsinə görə Tor Marvelin əsas dünyasından 1 illiyinə alternativ dünyaya düşür. "Tor" komiksi fəaliyyətini dayandırır. Daha sonra Tor yenidən "Müəmmaya səyahət" komiksində 503-cü saydan (noyabr, 1996) komiksin sonuncu — 521-ci saya qədər (iyun, 1998) 4 müxtəlif, ardıcıl başlıqla birlikdə ("İtmiş tanrılar", "Kunq Fu ustası", "Qara dul", "Hannibal Kinq") yer alır.
Tor Marvelin əsas dünyasına qayıdınca "Tor" komiksi yenidən bərpa olunur və yeni nəşrin ilk buraxılışı 1998-ci ilin iyulunda işıq üzü görür.[21][22][23] Komiksin 85 buraxılışı (ümumilikdə 587) 2004-cü ilin dekabrına qədər nəşr olunur . İlk 79 sayı Dan Yurqens yazır, Daniel Berman və Maykl Avon Ominq isə qalanlarını tamamlayır.
2007-ci ilin sentyabrında "Tor" komiksi yenidən bərpa olunur. Komiksin ilk saylarını Martin Straçinski yazır və Oliver Koypel təsvir edir.[24][25][26] Bu komiksin 13-cü sayı (yanvar, 2009) çapdan çıxar-çıxmaz Marvel Comics nəşriyyatı "Tor" komiksini 1-ci nəşrin adı ilə çıxarmağa başlayır[27][28][29] və bu say 600-cü say hesab olunur. 4 saydan sonra komiksdə Kiyron Qillen yazıçı kimi, Billi Tan, Riçard Elson və Duqi Braytveyt rəssam kimi işləyəməyə başlayırlar.[30] (614-cü saya qədər) 615-ci buraxılışda komiksin baş redaktoru Matt Frekşin olur.
Yeni çıxan Tor filmi ilə əlaqədar Marvel Comics 2010-cu illərin ortalarında yeni Tor komiksləri çıxarır. Bu komikslər arasənda Robert Lanqric və Kris Samninin redaktoru olduğu "Tor: Qüdrətli Qisasçı"[31], Brayan Qlass və Tanq Enq Huatın redaktoru olduğu "Tor: İlk şimşək"[32], Robert Rodi və Simon Byankinin redaktoru olduğu "Tor: Asqard üçün"[33], Dan Abbnet və Endi Lanninqin yazdığı "Tor/Dəmir adam"[34] komiksləri də olur.
"Tor" komiksinin 622-ci sayında isə komiks yenidən "Müəmmaya səyahət" adını alır. Yazıçı Qillen və rəssam Braytveytin iştirakı ilə yayınlanan komiksdə Torun ögey qardaşı Lokiyə daha çox yer verilir.[35] Frekşin və Koypelin iştirakı ilə isə "Qüdrətli Tor" komiksi nəşr olunmağa başlanır.[36] Amma bu komiks 22 buraxılışdan sonra 2012-ci ilin oktyabrında sona çatır.[37][38]
2012-ci ilin oktyabrında "Əsrarəngiz Qisasçılar" komiksinin ilk sayından etibarən Tor bu komiksdə də mütəmadi olaraq yer almağa başlayır. Yazıçı Ceyson Aoron və rəssam Esad Ribiçin iştirakı[39][40] ilə növbəti aylarda Marvel NOW! layihəsi çərçivəsində "Tor: Şimşək tanrısı" komiksi təsis olunur.
2014-cü ilin oktyabrında "Tor" komiksi 4-cü dəfə yenidən bərpa olunur. Komiksin yeni rəssamı və yazıçısı Ceyson Aoron və Russel Dauterman olur, lakin Marvel Comics komiks dünyasını yenidən başlatdığından Tor bu dəfə yenilənərək qadın (Ceyn Foster) olur. Aoron deyir: "O nə Şi-Tor, nə Leydi Tor, nə də Toritadır. O, sadəcə Tordur. Marvel dünyasının Torudur."[41]
Bioqrafiya
Tor Asqardda anadan olmuşdur. Atası Odin onun təvazökar olmasını istəyir və buna görə də onun tanrı olmasını yaddan çıxartdırıb Donald Bleyk adlı tələbənin bədəninə salır və Yerə göndərir. Tor uzun müddət özünü Donald Bleyk kimi tanıyır. Həkim olduqdan və Norveçə köçdükdən sonra Tor bir gün yadplanetlilərin Yerə enməsinə şahid olur. Canını qurtarmaq üçün bir mağaraya girir. Burada öz çəkici olan Myolnırı tapır. Çəkici əlinə aldıqda yenidən öz gücünə qovuşur. Daha sonra o öyrənir ki, əvvəllər də o şimşək tanrısı idi, Odinin sehri üzündən o keçmişini unutdu və ölümlü olduğuna inandı.
Yadplanetliləri məğlub edən Tor ikili həyat yaşamağı başlamışdır: Sevdiyi qadın və tibb bacısı Ceyn Fosterin xəstəsi kimi və dünyanı qoruyan qəhrəman kimi. Torun Yer üzündə olması onun ögey qardaşı və əzəli düşməni Lokinin diqqətini çəkir. O, Torun üzərinə 3 düşmən göndərir: Əmici adam, Dağıdıcı və Təxribatçı, lakin Lokinin bu təxribatları əslində faydalı bir şeyə səbəb olur. Loki Torla Halkın arasını qızışdırır, döyüş yerinə Dəmir adam, Qarışqa-adam və Eşşək arısı gəlir, amma Lokinin hiyləsini başa düşən qəhrəmanlar birləşib Lokini məğlub edirlər. Tor beləcə Qisasçıların qurucu və daimi üzvlərindən birinə çevrilir. Torın qarşısına daha sonra Lava-adam, Cadugər, Mister Hayd, Zarrko, Kobra, Radioaktiv adam, Cəllad, Boz Qarqoyl və Sabah-adam kimi düşmənlər çıxır.
Ceyn Fosterə aşiq olduqdan sonra Tor atasına qarşı çıxaraq Asqarda qayıtmağı rədd edir və buna görə bir neçə dəfə cəzalandırılır. Daha sonra onun Yerə olan bu bağlılığının səbəbinin Elder ilahəsi Qaeyanın oğlu olmasından irəli gəldiyini öyrənir. Tor özünü Qisasçıların digər üzvləri kimi super qəhrəman hiss etsə də, Lokinin kələkləri onu getdikcə epik macəralara çəkir. O, atası Odin və Balder ilə müttəfiq olaraq od iblisi Surtseyə, Fırtına nəhənginə, sonra da Əmici adama qalib gəlir, Tanrıların məhkəməsində günahsızlığını sübut edir. Buna görə Tor uzun müddət Qisasçılardan ayrı qalmağa məcbur olur.
Tor daha sonra Herakl ilə döyüşür, lakin Herakl onun sadiq və etibarlı dostuna çevrilir. Tor Herakl Olimp Plutodan xilas edir; Yaşan planet Eqonun macəralarına son verir; Ceyn Fosteri Yüksək təkamüldən və Canavar adamdan qoruyur. Odin nəhayət yumşalır və Torun Ceyn Fosterə olan sevgisinə icazə verir, lakin əvvəlcə Ceyn sınaqdan keçməlidir. Ceyn Torun müdaxilə etməsindən narahat olur. Testi keçə bilməyən Ceyn Odin tərəfindən Yerə qaytarılır, qəlbisınıq Tora isə Asqard leydisi Sif təklif olunur. Myonırı oğurlamaya çalışan Asqard trolu Ulik Tor tərəfindən məğlub edilir. Tor Odinsvordu oğulayaraq kainatı məhv etmək istəyən Manqoqun qarşısını almaq üçün Asqarda qayıdır. Tor Qalaktusun Sifi qaçırması xəbərini eşidir və onu xilas edir.
1970-ci illər
Tor Asqardı dağıtmaq istəyən Surtseylə döyüşür, daha sonra Yadelli və onun əlaltısı İyrənc məxluqa qarşı mübarizə aparır və Doktor Dumu məğlub edir.
1972-ci ilin payızında yazıçılar Qerri Konvay, Stiv Enqlhart və Len Veyn ancaq Marvel Comicsin deyil, digər komiks nəşriyyatlarının personajlarının da yer aldığı qeyri-rəsmi hekayə hazırlayırlar. Bu hekayə "İnanılmaz hekayələr" komiksinin 16-cı sayında başlayır, "Ədalət Liqası" komiksinin 106-cı sayı ilə davam edir və "Tor" komiksinin 207-ci sayı ilə başa çatır.
Tor Odinsvord qılıncını yenidən oğurlamaq istəyən Manqoqa müdaxilə edir; "Odin Gücü" dağıdıcı gücə çevrildikdə müttəfiqi Volştaqq tərəfindən xilas edilir. Tor uzun müddət eternallar ilə görüşür. O, daha sonra Mimir bulağından su içmərək müdrikliyini artırmaq istəyən Odin gözü ilə döyüşür.
1980-ci illər
Tor Kestinalların təhdidinin qarşısını almaq üçün onlarla döyüşür. Bir neçə qarşılaşmadan sonra Tor Asqardın tarixi və Odinin Yeri yadplanetlilərdən qorumaq üçün fikirləşdiyi planlar haqqında öyrənir. Onları dayandırmaq üçün Odinin Yoxedicini göndərməsinə, Odinsvordun istifadə edilməsinə, Torun döyüşdə iştirak etməsinə baxmayaraq sonda Kestinallar Qaeyanın təklifi ilə ayrılırlar. Bu zaman Tor əsl anasının Qaeya olduğunu öyrənir.
Asqard tanrılarının yerinə gəlməsindən sonra Tor Asqardı tərk edərək macəralarına Yerdə davam edir. Burada o, iki dəfə Qalaktusun xəbərçiləri ilə döyüşür və qalib gəlir, insan ruhlarını oğurlayan Mefistonu dayandırır, asqardlı Tiri məğlub edir, Draksa kömək edir, Dəmir adamın köməyi ilə Bi-Bisti və Bistmeni məğlub edir, Loki tərəfindən azad edilmiş və Odin tərəfindən əjdahaya çevrilmiş Fafnir ilə döyüşə girir və Drakula ilə döyüşür. Tor İter tanrısı adlı varlıqdan xəbər tutur. Bu varlıq ölmüş tanrıların yenidən səltənətini bərpa etdikləri zaman ortaya çıxıb. Varlıq Qaeyanın oğlu Atumun qılığına girir, amma Tor ona mane olaraq əsl kimliyini ortaya çıxarır.
Nik Furinin Tordan Yerə yaxınlaşan naməlum kosmik gəmini yoxlamasını xahiş etdikdən sonra Tor gəmidə Beta Ray Bill adlı yadplanetli ilə rastlaşır və onunla döyüşür. Döyüş əsnasında Beta Ray Bill Torun çəkici Myolnırı qaldıraraq ona layiq olduğunu sübut edir. Beta Ray Bill Tor, Odin və digər asqardlılarla ittifaq qurur, onun irqini yox etmək istəyən və Surtseyin başçılığ etdiyi iblis dəstəsini onlarla birlikdə yox edir. Tor uzun müddət Beta Ray Bill və digər Asqard tanrıları ilə Surtseyin ordusuna qarşı döyüşür. Bu döyüşlər zamanı Fafnir ölür, Qara elf Malekitin məqsədləri ifşa olunur. Sonda Asqard qələbə çalır, Surtsey isə Odinlə təkbətək döyüşdə məğlub yoxa çıxır və ölü hesab olunur.
Tor Asqardda qalır, Helanı qovur, babası Tivaz ilə qarşılaşır. Tor Yerə qayıdarkən Beta Ray Bill ilə birlikdə Qara elf Kuseni məğlub edir. Loki Surtseyin bir küncə atılmış sehrli qılıncından istifadə edərək Toru qurbağaya çevirir. Nyu York Mərkəzi parkında macəralar yaşayan Tor özünü əvvəlki halına qaytarmağa çalışır. Nəhayət, Lokini onu əvvəlki halına qaytarmağa məcbur edir. X-Faktor komandasının üzvü Arxanqeli muzdlu komanda Maradorların işgəncəsindən qurtararkən Hela Toru lənətləyir, onun sümüklərini qırılqan şüşəyə çevirir. Tor ölümsüz olur, lakin ciddi yaralar aldıqda sağalmır. Loki tərəfindən göndərilmiş Əmici adamla döyüşdə Tor yenə yaralanır. Qara elflərlə döyüşdə isə Loki tərəfindən xilas edilir.
Torun nəsil ağacı
Buri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mimir | Bor | Bestla | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yord | Qrid | Odin | Friqqa | Vili | Ve | Laufey | Farbauti | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tor | Vidar | Tir | Hermod | Baldr | Loki (Odinin ögey oğlu) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
- DeFalco, Tom; Gilbert, Laura, ed. 1960s // Marvel Chronicle A Year by Year History. Dorling Kindersley. 2008. səh. 88. ISBN 978-0756641238.
[Stan Lee] had always been fascinated by the legends of the Norse gods and realized that he could use those tales as the basis for his new series centered on the mighty Thor...The heroic and glamorous style that...Jack Kirby [had] was perfect for Thor.
([[:Category:|link]])[[Category:]] - Sanderson, Peter "1940s" in Gilbert (2008), p. 39: "Not only did Olympian gods appear, but so did the Norse gods Thor and Loki."
- Lee, Stan; Mair, George. Excelsior!: The Amazing Life of Stan Lee. Fireside Books. 2002. ISBN 978-0684873053.
- Jack Kirby interviewed by James Van Hise in 1984 for COMICS FEATURE #34.
- Rick Green, Jack Kirby: Prisoner of Gravity, The Jack Kirby Collector #14 (February 1997), p. 18
- "Thor (I) • The Mighty Thor (I) (1966-1996)". Unofficial Handbook of Marvel Comics Creators. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.
Series is named "Thor" in the imprint, but most covers have the title "The Mighty Thor".
- 'Thor' Grand Comics Verilənlər Bazasında
- DeFalco "1960s" in Gilbert (2008), p. 94
- DeFalco "1960s" in Gilbert (2008), p. 95
- Daniels, Les. Marvel: Five Fabulous Decades of the World's Greatest Comics. Harry N. Abrams. 1991. səh. 124. ISBN 9780810938212.
- Evanier, Mark. Kirby: King of Comics. Harry N. Abrams. 2008. səh. 127. ISBN 978-0810994478.
- "The Mighty Thor". Markify. February 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 23, 2013. (#invalid_param_val)
- Schumer, Arlen. "Neal Adams: The Marvel Years". Comic Book Artist. TwoMorrows Publishing (3). Winter 1999. April 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2013.
- Englehart, Steve. "Thor the Mighty". SteveEnglehart.com. n.d. May 26, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2013.
Unfortunately, in one of those things that just happen in life, publishing plans changed and Thor the Mighty was shelved.
(#invalid_param_val) - Marvel Preview #10 Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine at the Grand Comics Database
- Nolen-Weathington, Eric; Ash, Roger. Modern Masters, Volume 8: Walter Simonson. TwoMorrows Publishing. 2006. səh. 45. ISBN 978-1893905641.
I combined Norse mythology with 'Marvel Norse mythology' with 'Walter mythology' and put together a storyline.
- DeFalco "1980s" in Gilbert (2008), p. 213: "This issue began a highly acclaimed run by writer/artist Walt Simonson that would last for nearly four years and end with issue #382 (Aug. 1987)."
- Singer, Matt. "Review: Thor Visionaries: Walter Simonson". Popimage.com. October 1, 2007. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 28, 2010. (#invalid_param_val)
- Amash, Jim; Nolen-Weathington,, Eric. Sal Buscema: Comics' Fast & Furious Artist. TwoMorrows Publishing. 2010. səh. 72. ISBN 978-1605490212.
- Sanderson, Peter. "Walt & Louise Simonson". Comics Interview (39). Fictioneer Books. October 1986. səh. 55.
- "Thor (II) • The Mighty Thor (II) (1998-2004)". Unofficial Handbook of Marvel Comics Creators. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.
- 'Thor vol. 2 Grand Comics Verilənlər Bazasında
- Manning, Matthew K. "1990s" in Gilbert (2008), p. 289: "Thor thundered into his new ongoing series by writer Dan Jurgens and artist John Romita, Jr."
- "Thor (III) (2007-2009)". Unofficial Handbook of Marvel Comics Creators. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.
- 'Thor vol. 3 Grand Comics Verilənlər Bazasında
- Manning "2000s" in Gilbert (2008), p. 337: "With his impressive run ending on The Amazing Spider-Man, writer J. Michael Straczynski decided to tackle another of Marvel's iconic pantheon — Thor."
- "Thor (I cont.) (2009-2011)". Unofficial Handbook of Marvel Comics Creators. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.
- George, Richard. "Debuting Thor #600 The God of Thunder celebrates a milestone in January". IGN. October 14, 2008. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 13, 2011. (#invalid_param_val)
- Arrant, Chris. "Holding the Hammer: JMS Talks Thor". Newsarama. October 17, 2008. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013. (#invalid_param_val)
- Richards, Dave. "Gillen Sends Thor to Hell". Comic Book Resources. May 21, 2010. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2010. (#invalid_param_val)
- Mahadeo, Kevin. "C2E2: Langridge Teams with Thor". Comic Book Resources. April 17, 2010. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2010. (#invalid_param_val)
- Mahadeo, Kevin. "Bryan J.L. Glass Brings the (God of) Thunder". Comic Book Resources. June 11, 2010. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2010. (#invalid_param_val)
- Richards, Dave. "Bianchi Gets Epic With Thor: For Asgard". Comic Book Resources date=July 9, 2010. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2010. (#missing_pipe); (#invalid_param_val)
- Richards, Dave. "CCI: DnA Go High Tech & Mythic For Iron Man/Thor". Comic Book Resources. July 23, 2010. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2010. (#invalid_param_val)
- Morse, Ben. "A New Journey Into Mystery". Marvel Comics. January 17, 2011. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 17, 2011. (#invalid_param_val)
- Morse, Ben. "The Mighty Thor Strikes". Marvel Comics. January 14, 2011. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 17, 2011. (#invalid_param_val)
- Melrose, Kevin. "Nine titles end in October as Marvel NOW! begins". Comic Book Resources. July 10, 2012. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2012. (#invalid_param_val)
- 'The Mighty Thor' Grand Comics Verilənlər Bazasında
- Ching, Albert. "Past, Present & Future Thor Star in Aaron's God of Thunder". Newsarama. August 7, 2012. May 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2012. (#invalid_param_val)
- 'Thor: God of Thunder' Grand Comics Verilənlər Bazasında
- "Marvel Proudly Presents Thor". Marvel Comics. July 15, 2014. November 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2014.