Tor: Raqnarök (film musiqisi)

Thor: Ragnarok (Original Motion Picture Soundtrack)2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır.[1]

Thor: Ragnarok (Original Motion Picture Soundtrack)
Növü film musiqisi albomu
Yayımlanma tarixi 20 oktyabr 2017
Janr film musiqisi
Müddət 72:52
Leybl Hollywood Records, Marvel Music
Prodüser Hans Zimmer, Ramin Cavadi
Mark Mazersbo albomlarının xronologiyası
"Thor: Ragnarok (Original Motion Picture Soundtrack)"
(2008)
"Transilvaniya oteli 3: Yay tətili"

Yazılması

2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir.[2][3] YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır.[4] Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır.[5] Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır.[6] Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun Tor, Brayan Taylerin Tor: Qaranlıq dünyaQisasçılar: Altron dövrü, Co Harnellin İnanılmaz Halk filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur.[7] Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir.[8] Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.[1]

Kompozisiyaların siyahısı

Musiqilərin hamısı Mark Mazersbo tərəfindən yazılmışdır.[1]

Başlıq Müddət
1. Ragnarok Suite 8:53
2. Running Short on Options 2:46
3. Thor: Ragnarok 1:09
4. Weird Things Happen 1:46
5. Twilight of the Gods 6:14
6. Hela vs. Asgard 4:30
7. Where am I? 1:39
8. Grandmaster’s Chambers 1:18
9. The Vault 3:47
10. No One Escapes 3:01
11. Arena Fight 3:32
12. Where’s the Sword? 4:33
13. Go 1:43
14. What Heroes Do 1:37
15. Flashback 2:59
16. Parade 2:20
17. The Revolution Has Begun 1:47
18. Sakaar Chase 2:12
19. Devil’s Anus 4:52
20. Asgard Is a People 4:20
21. Where To? 2:22
22. Planet Sakaar 2:14
23. Grandmaster Jam Session 3:16
72:52

Əlavə musiqi

Əlavə olaraq filmdə "Led Zeppelin" qrupunun "Immigrant song" mahnısı, həmçinin Volter Şorf tərəfindən "Villi Vonka və şokolad fabriki" filmi üçün yazılmış "Main Title" ("Golden Ticket"/"Pure Imagination") musiqisindən istifadə edilmişdir.[7]

İstinadlar

  1. "'Thor: Ragnarok' Soundtrack Details". Film Music Reporter. October 19, 2017. October 20, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 20, 2017. (#invalid_param_val)
  2. Gonzalez, Umberto. "'Thor: Ragnarok': Devo's Mark Mothersbaugh to Compose Score (Exclusive)". TheWrap. August 22, 2016. August 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  3. Gettell, Oliver. "Devo's Mark Mothersbaugh to score Thor: Ragnarok". Entertainment Weekly. August 22, 2016. August 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2016.
  4. "'Thor' Composer Knew Marvel Scores Sounded Similar, So He Decided to Change That". The Hollywood Reporter. November 3, 2017. November 4, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 4, 2017. (#invalid_param_val)
  5. "Mark Mothersbaugh's film score for Thor: Ragnarok out now". Behind The Audio. October 21, 2017. November 9, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 8, 2017. (#invalid_param_val)
  6. Woerner, Meredith. "'Thor: Ragnarok' cast introduces the newest members of the Marvel Cinematic Universe". Los Angeles Times. sentyabr 1, 2017. sentyabr 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2017.
  7. "Thor: Ragnarok Press Kit" (PDF). Walt Disney Studios Motion Pictures. oktyabr 9, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: oktyabr 9, 2017.
  8. Stack, Tim. "Thor: Ragnarok director wishes Freddie Mercury could have scored the film". Entertainment Weekly. avqust 14, 2017. avqust 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 15, 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.