Toqquşma hadisəsi

Toqquşma hadisələri və ya kosmik toqquşma (ing: impact event) böyük meteorit, asteroid, kometa və ya digər astronomik obyektin Yer və ya başqa planetlə toqquşması hadisəsi kimi müəyyən edilmişdir. Qeydə alınmış tarix boyu yüzlərlə kiçik toqquşma hadisəsi (yaxud partlayan kometalar) qeydə alınmışdır ki, onlardan bəziləri ölüm, yaralanma, maddi ziyan və ya digər mühüm regional nəticələrlə nəticələnmişdir. Okean və ya dənizdəki toqquşma hadisəsi həm dənizdə, həm də sahil xətti boyunca dağıdıcı olan nəhəng sunami dalğalarına səbəb ola bilər.

Böyük bir kosmik toqquşma hadisəsinin vizuallaşdırılması. Yerlə bir neçə kilometr radiuslu meteorit arasında ola biləcək toqquşma milyonlarla nüvə bombasının yaradacağı enerjiyə və dağıdıcı qüvvəyə malik olardı.

Sonuncu böyük toqquşma hadisəsi eramızdan əvvəl 700-cü ildə Estoniyada olmuş və bu toqquşma nəticəsində Kaali krateri yaranmışdır.

Elm dünyası həqiqi meteorit toqquşmalarından xəbərdar olduqdan bəri, meteorit toqquşmaları elmi fantastika dünyasında istifadə edilən mühüm elementlərdən biri olmuşdur və saysız-hesabsız kompliyator nəzəriyyəsinin formalaşmasına səbəb olmuşdur.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.