Toqon

Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti.

Monqolustan tarixi
Monqolustanın gerbi
Bu məqalələr ölkə seriyasındandır
Qədim tarix
Böyük Hun İmperiyası
Xianbei dövləti
Jujan xaqanlığı
Göytürk xaqanlığı
Uyğur xaqanlığı
Orta əsrlər
Yenisey qırğızları
Kidan
Xamaq Monqol
Böyük Monqol imperiyası
Yuan
Şimali Yuan
Monqolustan Tzin sülaləsinin tərkibində
Müasir tarix
Monqolustan Xalq Respublikası
Monqolustan

Monqolustan portalı

Tarixi

Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı.[1] Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi. Həmin xarici siyasətlə biz yenə üzləşəcəyik. Toqonun hətta şəhərlər yerləşən (aydın məsələdir ki, söhbət möhkəmləndirilmiş yaşayış məskənlərindən gedir) böyük ərazi tutmasına və çox güman ki, tobalılardan götürülmüş mütəşəkkil idarə sisteminə malik olmasına baxmayaraq, o, güclü dövlət deyildi. Silah gücünə itaətə gətirilmiş Tibet tayfaları azadlıq və intiqam haqqında düşünürdülər, iqtisadiyyat ekstensiv heyvandarlıq təsərrüfatı əsasında qurulmuşdu; mədəniyyətin səviyyəsi aşağı idi, xanların özbaşınalığı daim suiqəsdlərin, xəyanətlərin və cəza tədbirlərinin rəvasına imkan yaradır və beləliklə də, elə bil, alovun üstünə yağ tökürdü. Bütün bunlar öz növbəsində Toqonun imkanlarını məhdudlaşdırırdı və sonralar onun şərəfsiz aqibətinə səbəb oldu.

Şimali Çində yeni müharibə başlanmışdı. Şərqi Vey imperiyasının hakimi Qao Xuan Jujan xanı Anaxuan və Toqon hökmdarı Kualyuyla ittifaq bağlayaraq Qərbi Vey imperiyasına hücum etdi və rəqibi Yuyvın Tayı bərk sıxışdırdı. Lakin müttəfiqlər həlledici qələbə qazana bilmədilər. Özünə tərəfdarlar axtaran Qərbi Vey imperatoru Ven-di An Nopanto(Anna Nopanto "Tezyu-Tsyundan (yəni Xesidən) olan yadelli köçəri" adlandırılır[2].[3] adlı bir nəfəri dostluq əlaqələri yaratmaq üçün türk knyazı Bumının[4] yanına göndərdi.

Jujanların məhvində göstərdiyi köməyə görə türkyutlar elə həmin 556-cı ildə Qərbi Vey imperiyasının xəcalətindən çıxdılar. Jujan döyüşçülərinin kəsilən başları Çanyanın Şərq qapıları yanında yerə düşəndə birləşmiş türkyut—Çin dəstələri Toqona hücum etdilər. Şəhərin bütün əhalisi Nanşyan dağlarında sığınacaq axtarmalı oldu. Qaliblər xanın iqamətgahının yerləşdiyi Kukunor yaxınlığındakı Şudun şəhərciyini, habelə Xömçeni ələ keçirdilər. O biri il toqonlular Çin yürüşünə qarşı yürüşlə cavab vermək istədilər, lakin möhkəmləndirilmiş qalaları ala bilmədiklərindən geri çəkilməli oldular.

Çində baş verən çevrilişdən sonra türkyutlar ipəksiz qaldılar. Yan Tszyan barbarlarla diplomatik əlaqələri kəsdi. Həmin dövrdə ipək vasitəsilə xarici ticarət əslində köçəri xanların səfirləri ilə imperator sarayı arasında hədiyyələr mübadiləsindən başqa bir şey deyildi. Dərhal qüvvələrin yeni siyasi qruplaşması meydana çıxdı və Toqon xanı Kualyuy türkyut xanı Şabolionun dostuna çevrildi.

591-ci ildə Toqonda bacarıqlı xan Kualyuy öldü. Onun oğlu Şifu Çinlə ittifaq cəhdinə görə həyatla vidalaşsa da, qardaşı Fuyun 597-ci ildə neytral mövqe tutdu və beləliklə Suy imperiyasını qərb sərhədlərini qorumaq qayğısından azad etdi. Bu da çinlilərə özlərinin əsas qüvvələrini Sarı çayın sahillərində cəmləşdirməyə imkan verdi.

Xanları

  • Muyun Tuyuhun (慕容吐谷渾) — 284–317
  • Muyun Tuyan (慕容吐延) — 317–329
  • Muyun Siyan (慕容葉延) — 329–351
  • Muyun Syuysi (慕容碎奚) — 351–371
  • Muyun Şilyan (慕容視連) — 371–390
  • Muyun Şipi (慕容視羆) — 390–400
  • Muyun Ugeti (慕容烏紇褆) — 400–405
  • Muyun Şuloqan (慕容樹洛干) — 405–417
  • Muyun Açay (慕容阿柴) — 417–424
  • Muyun Muquy (慕容慕璝) — 424–436
  • Muyun Muliyan (慕容慕利延) — 436–452
  • Muyun Şein (慕容拾寅) — 452–481
  • Muyun Dulhou (慕容度易侯) — 481–490
  • Muyun Fulyançou (慕容伏連籌) — 490–540
  • Muyun Kualyuy (慕容夸呂) — 540–591
  • Muyun Şifu (慕容世伏) — 591–597
  • Muyun Fuyun (慕容伏允) — 597–635
  • Muyun Şun (慕容順) — 635
  • Muyun Nohebo (慕容諾曷鉢) — 635–672

Ədəbiyyat

  • Lev Qumilyev, Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993.
  • Николай Сычёв. Книга династий. — АСТ, Восток-Запад. — Т. 2005. — 960 с.

İstinadlar

  1. Charles Holcombe, The Genesis of East Asia, 221 B. C.-A. D. 907: 221 B. C.-A. D.907, University of Hawaii Press, 2001 стр.130–131.
  2. Н. Я. Бичурин. Собрание сведений… т. 1 с 228
  3. Aşinanın ordası 100 il əvvəl həmin yerdən çıxmışdı. İlkin mənbədə onun mənşəyi təsadüfi göstərilmir. Türkyut knyazının yanına türkyut dilini bilən adam göndərilmişdi. Bu isə Aşina ordasının öz ilkin vətənləri ilə əlaqələrini itirmədiyini göstərir.
  4. Orxon kitabələrində o, Bumın-xaqan adlandırılır. V. Bartold və P. M. Meleqoranski onu İstemi xanla bir şəxsdə eyniləşdirməyə çalışıblar. Lakin Tomson, Markvart, Aristov və Qrum-Qrjimaylo parlaq surətdə onların Çin mənbələrindəki İl-xan Qumına və Şetemiyə uyğun gələn iki qardaş olduqlarını sübut etmişlər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.