Topxana meşəsinin qırılması (1988)

Topxana meşəsinin qırılması (1988) — Azərbaycan SSR-də baş verən Meydan hərəkatını (1988-ci il 17 noyabr – 5 dekabr) başladan ictimai-siyasi hadisə.

1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirdi[1]. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:

  • Topxana meşəsinin qırılması dayandırılsın;
  • Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;
  • SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar[2].

1988-ci il noyabrın 17-də Bakının əsas meydanında – Azadlıq meydanında (keçmiş Lenin meydanı) Topxana meşəsinin qırılmasına və Azərbaycan SSR-in sosial siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə insanın toplaşması ilə başladı.

Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il.) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi[3].

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.