Topolçanı

Topolçanı (Aussprache;slovak. Topoľčany, alm. (Groß)topoltschan, mac. Nagytapolcsány) - Slovakiyanın qərbində, Nitra çayının hər iki sahilində şəhər. Əhalisi 30 minə yaxındır.

Şəhər
Topolçanı
Topoľčany
Bayraq Gerb
Bayraq Gerb
48°33′ şm. e. 18°11′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1173
İlk məlumat 1173
Sahəsi
  • 27,576 km²
Mərkəzin hündürlüyü 174 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.415 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 38
Poçt indeksi 955 01, 955 03
Nəqliyyat kodu TO
Digər
topolcany.sk
Topolçanı xəritədə
Topolçanı
Topolçanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Topolçanın əsası ehtimal olaraq IX əsrdə qoyulmuşdu. Şəhər haqqında ilk məlumat 1235-ci ildə kral III Bela nizamnaməsində qeyd edilir. 1271-ci ilin sənədlərində Topolçanı artıq şəhər kimi qeyd edilir. 1291-1314-cü illərdə Matuş Çak, doğma şəhəri Trençini cənubdan qorumaq məqsədi ilə Topolçanı ətrafında qala inşa etdirir. 1431-1434-cü illər arası şəhər Husitlərin əlində idi. 15991643-cü illərdə şəhəri türklər işğal edərək onu yandırırlar, 1703-cü ildə isə - kurutslar. XIX əsrin sonunda şəhər inkişaf edir - zavod və fabriklər inşa edilir. Müasir zamanda Topolçanı Qərbi Slovakiyanın mühüm sənayə mərkəzidir. Digər müəssisələr arasında tanınmış «Topvar» pivə zavodu da burada yerləşir.

Əhali

Əhalinin etnik müxtəlifliyi

  • Slovaklar – 98 %
  • Qaraçılar – 0,2 %
  • Çexlər – 0,92 %
  • Almanlar – 0,03 %
  • Ukraynalılar – 0,02 %

v.d.

Əhalinin konfessional müxtəlifliyi

  • roma-katolikləri – 82,94 %
  • ateistlər – 11,37 %
  • yevangelik kilsə v.b. – 2,82 %
  • yunan-katolikləri – 0,19 %
  • pravoslavlar – 0,13 %

v.d.

Coğrafiya

Eyni coğrafi enlikdə və ya uzunluqda yerləşən şəhərlər
Şimal: Norovce, Bánovce nad Bebravou
8,5 km, 19 km
Qərb: Nemčice, Pieştyanı
4 km, 25 km
Şərq: Práznovce, Pаrtizаnskе
3 km, 16,5 km
Cənub: Nitrianska Streda, Nitrа
4 km, 28 km

Partnyor şəhərlər

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.