Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Topçu | |
---|---|
40°52′41″ şm. e. 48°04′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 624 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir.
Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.[1]
Əhalisi
Əhalisi 1468 nəfərdir ki onunda 762 nəfəri kişi, 706 nəfəri qadındır.
Şəhidləri
- Elşad Fazil oğlu Məmmədov 1963-26.06.1992[2]
- Rəhman Şükür oğlu Ocaqov 1962-04.01.1994[2]
- İlham Ağaməmməd oğlu Ocaqov 1964-22.01.1994[2]
- Valeh Sabir oğlu Səlimov 1971-18.04.1994[2]
- Rauf Hakim oğlu Məmmədov 1966-11.02.1994[2]
- Fəxrəddin Sədrəddin oğlu Vəliyev 1968-11.02.1994[2]
- baş/l-nt Dadaş Əhmədağa oğlu Səfərov 1953-24.10.1993 itkin[2]
- Elşən Qəfər oğlu Babayev 1960-11.02.1994 itkin[2]