Tomorr

Tomorr — Albaniyanın cənubunda yerləşən dağ. Çuka e Partizanit adlı ən yüksək zirvəsi 2415 m hündürlükdə yerləşir. BəratPoliçan şəhərlərindən şərqdə yerləşir, həmçinin Osum çayıOsum kanyonun yaxınlığındadı.

Tomorr
Yuxarısında türbə yerləşən Tomorr dağı
Yuxarısında türbə yerləşən Tomorr dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2415 m
Yerləşməsi
40°40′30″ şm. e. 20°09′35″ ş. u.
Ölkə  Albaniya
Tomorr xəritədə
Tomorr
Tomorr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağın din əhəmiyyəti

Antik dövrdə yunanlar Tomorr dağını Amiron (yun. Άμυρον) adlandırırdılar, və bu dağ Dassaretis regionun mərkəzi idi. Regionun bu adı Yunanıstanın şimal-qərbində və Epir vilayətində yaşamış Dassartelər tayfasının şərəfinə adlandırılmışdır.[1][2] Xristianlar bu dağı müqəddəs sayırdı, və Müqəddəs Məryəmin Yüksəlməsi günü (15 avqust) onlar bu dağa qalxırdılar. Həmçinin, Bəktaşilik sufizm ordenin üzvləri də bu dağa ehtiram göstərirdilər, avqustun 20-dən 25-dək hər il həcc ziyarəti zamanı Abbas ibn Əlini yada salırdılar.[3]

Alban mifologiyasında Tomorr dağı əfsanəvi qəhrəman Baba Tomorr ilə assosiasiya olunur, bu cəsurun uzun ağ saqqalı var idi və onun ətrafında dörd dişi qartalı uçurdu.[3] Alman folklorşünas Maksimilian Lambertsə görə, Baba Tomorr illirya mifologiyasından qalan izdi.[3]

Tomorr dağının kultu alban ədəbiyyatının milli hərəkat dövründə rast gəlinir. Konstantin Xristofordi, Naim Bey Fraşeri, Anton Zako Çadjupi, Asdreni, Xilyo Mosi və Ndre Mceda kimi şairlər bu dağı öz əsərlərində qeyd etmişdilər.[3]

Milli park

Tomorr dağı BTTSMB təsnifatı üzrə II-ci tipli milli parklara aid edilir; Albaniyada dağ sahəsi 24723 ha olan eyniadlı milli parkın mərkəzi obyektidi. Parkda yetişən bir sıra nadir bitki və orada yaşayan nadir heyvanlar mühafizə altında saxlanılır. Yeri gəlmişkən dağ xizək həvəskarları üçün də uyğundur.

İstinadlar

  1.  Hammond, 1994, pp. 422–423.
  2.  Hammond, Griffith, 1972, p. 94.
  3.  Elsie, 2001, "Tomor, Mount", pp. 252–254.

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.