Tomas Stafford

Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930[1][2], Vezerford[d], Oklahoma18 mart 2024[3], Satellit Biç (Florida), Florida) — ABŞ astronavtı, HHQ briqada generalı.

Tomas Stafford
ing. Tom Stafford
Ölkə
Hərbi rütbəsi aviasiya general-leytenantı[d]
Doğum tarixi 17 sentyabr 1930(1930-09-17)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 mart 2024(2024-03-18)[3] (93 yaşında)
Vəfat yeri
Mükafatları Air Force Distinguished Service Medal Distinguished Flying Cross "Dostluq" ordeni "Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı Prezidentin "Azadlıq" medalı Congressional Space Medal of Honor NASA Distinguished Service Medal "NASA Fəxri Dövlət Xidməti" medalı NASA Outstanding Leadership Medal NASA Exceptional Service Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir. 1975 iyulun 15–20`də EPAS proqramı üzrə "Apollon" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuşdur (D. Sleyton və V. Brandla birlikdə). 217 saat 28 dəqiqə davam edən uçuş zamanı "Apollon" 2 dəfə "Soyuz-19" sovet kosmik gəmisi ilə birləşmişdir.

Mənbə

  1. Azərbaycan Sovet Ensiklopediyası 9. cild, səh. 30
  1. Thomas Stafford // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. Thomas P. Stafford // Munzinger Personen (alm.).
  3. Thomas Stafford, NASA astronaut who led Apollo-Soyuz joint mission, dies at 93.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.