Tomas Qoltz

Tomas Qoltz (ing. Thomas Goltz; 11 oktyabr 1954[1][2], Yaponiya29 iyul 2023[3], Livinqston, Montana) — Amerika tarixçisi, jurnalisti və yazıçısı.

Tomas Qoltz
Thomas Goltz
Doğum tarixi 11 oktyabr 1954(1954-10-11)[1][2]
Doğum yeri Yaponiya Yaponiya
Vəfat tarixi 29 iyul 2023(2023-07-29)[3] (68 yaşında)
Vəfat yeri
Vətəndaşlığı ABŞ ABŞ
Milliyyəti Amerikan
İxtisası tarixçi
Təhsili Nyu-York Universiteti
Fəaliyyəti jurnalist, yazıçı, təhlilçi
thomasgoltz.com

Həyatı və yaradıcılığı

Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir (1985).

Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuşdur.[4] Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə Birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə Gürcü-abxaz münaqişəsi haqda bəhs olunur.[4]

"Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilmiş, 2005-ci ildə türk dilinə tərcümə edilmişdir. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işiq üzü görmüşdür.

O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır.

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.

Tomas Qoltz 28 iyul 2023-cü ildə vəfat edib.[5] O, ABŞ-nin Montana ştatının Livinqston şəhərində yaşayırdı.

Kitabları

  • Azerbaijan Diary (1998)
  • Chechnya Diary (2003)
  • Georgia Diary (2006)
  • Assassinating Shakespeare: The True Confessions of a Bard in the Bush (2006)

Filmoqrafiya

İstinadlar

  1. Thomas Goltz // NUKAT. 2002.
  2. Thomas Goltz // datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
  3. American writer Thomas Goltz who wrote about Khojaly tragedy passed away.
  4. "Qarabağın "qaçqın" futbol klubu Avropaya səs saldı". anspress.com. anspress.com. İstifadə tarixi: 15 January 2016.
  5. "Скончался профессор Томас Гольц – первый зарубежный журналист, написавший о трагедии Ходжалы". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.