Tomas Şellinq

Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis.

Tomas Şellinq
ing. Thomas Crombie Schelling
Doğum tarixi
Doğum yeri Kaliforniya ABŞ ABŞ
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi oyunlar nəzəriyyəsi
İş yerləri Yel Universiteti, Harvard Universiteti, Merilend Universiteti, Yeni İngiltərə Kompleks Sistemlər İnstitutu
Təhsili
Elmi rəhbərləri Vasili Leontyev
Tanınır Qarşıdurma strategiyası, Silahlar və Nüfuzluluq
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2005 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib.

Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı. 1971-ci ildə "Ayrı-seçkiliyin dinamik modelləri" adlı məşhur məqaləsini yayımladı və bir insanın qonşusunun eyni irqdən olmasını seçməsi şəklindəki kiçik bir seçiminin bütünlükdə ayrı-seçkiliyə yol aça biləcəyini isbat etdi. Qlobal istiləşmə müzakirələrində iştirak etmiş və qlobal istiləşmənin nəticələrinin çox büyüdüldüyünü müdafiə etmişdir. Harvard Universitetində ömürlük professor olan Tomas Şellinq, Merilend Universitetin də təhsil heyətində yer almaqdadır.

2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Robert Aumann ilə bölüşmüşdür. Oyunlar nəzəriyyəsi ilə iqtisadi əməkdaşlıq və qarşıdurma mövzularına verdikləri şərhdən ötəri mükafata layiq görülmüşlər.

Əsərləri

  • T. C. Schelling, (1951), National Income Behavior: An Introduction to Algebraic Analysis, McGraw-Hill
  • T. C. Schelling, (1958), International Economics, Allyn and Bacon.
  • T. C. Schelling, (1960), The Strategy of Conflict (1980), Harvard University Press, ISBN 0-674-84031-3.
  • T. C. Schelling, (1966), Arms and Influence, Yale University Press.
  • T. C. Schelling, (1978), Micromotives and Macrobehavior, W. W. Norton and Co.
  • T. C. Schelling, (1984), Choice and Consequence, Harvard University Press.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.