Tom Klensi

Tomas Leo Klensi (Tom Klensi) (ing. Tomas Leo Clancy) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanmışdır və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır,yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib.

Tom Klensi
ing. Tom Clancy
Doğum adı Thomas Leo Clancy, Jr.
Doğum tarixi
Doğum yeri Baltimor, Merilend, ABŞ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Baltimor, Merilend, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı ABŞ
Uşağı 5
İxtisası yazıçı
Fəaliyyəti yazıçı, roman yazıçısı, yazıçı-dokumentalist[d], nasir, ssenarist
Fəaliyyət illəri 1982–2013
Əsərlərinin dili ingilis dili
Janr triller
İlk əsəri Qırmızı Oktyabra ov (The hunt for Red October)
tomclancy.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olmuşdur. 1970-ci ildə ilk dəfə olaraq ailə həyatı qurmuşdur. 1998-ci ildə ilk arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə həyatı qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra İslamı müdafiə etmişdir. O, həm də Iraq müharibəsinə qarşı çıxmışdır. O, 1 oktyabr 2013-cü ildə ABŞ-nin Baltimor şəhərinin xəstəxanalarından birində 66 yaşında vəfat etmişdir.

Əsərləri

  • Qırmızı Oktyabra ov (The hunt for Red October) - Tom Klensinin ilk romanıdır. ABŞSSRİ arasında olan soyuq müharibədən bəhs olunur. 1990-cı ildə romanın əsasında bədii film çəkilmişdir. Filmdə baş rolları Şon KonneriAlek Bolduin ifa etmişlər.
  • Qırmızı tufan qalxır (Red Storm rising)
  • Vətənpərvərlərin oyunu (Patriot games)
  • Kreml kardinalı (The cardinal of Kremlin)
  • Prezidentin əmri (Executive orders)
  • Göy qurşağı 6 (Rainbow six) - roman eyniadlı videoyunla sıx bağlıdır.
  • Qırmızı dovşan (Red rabbit)
  • Pələngin dişləri (The teeth of the tiger)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.