Tom Cons

Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir.

Tom Cons
Tom Jones
Tom Cons (2007)
Tom Cons (2007)
Ümumi məlumatlar
Doğum adı Tomas Con Vudvord (Thomas John Woodward)
Ləqəbi Tom Jones
Doğum tarixi
Doğum yeri Treforest, Pontiprid, Uels
Vətəndaşlığı
Milliyyəti Böyük Britaniya Birləşmiş Krallıq
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, aktyor
Fəaliyyət illəri 1963 — indiyədək
Janrlar Pop, blyuz
Səs tembri bariton
Albom şirkətləri Tower Records, Columbia, Decca, Parrot, Epic, Jive
Mükafatları Britaniya İmperiyası ordeni kavaleri
tomjones.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var.

O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür. Belə ki, romanın 1963-cü ildəki ekranizasiyası o dövrdə çox populyar idi. Gənc müğənni özünün gur səsi, əla fiziki forması və səhnədəki həddindən artıq sərbəst hərəkətləri ilə insanların diqqətini cəlb edə bildi.

1965-ci ildə Cons "It’s Not Unusual" mahnısı ilə Britaniya çartlarında birinci oldu. Növbəti il ifa etdiyi Ceyms Bond haqqındakı "Thunderball" filminin eyniadlı mahnısına görə böyük gələcək vəd edən debütant kimi "Qremmi" mükafatına layiq görüldü.

1966-cı ildə onun oxuduğu "Green Green Grass of Home" klassik kompozisiyası Böyük Britaniyanın ən çox satılan sinqlına çevrildi. 1968-ci ildə çıxan "Delilah" mahnısı Sovet İttifaqında, 1971-ci ildə çıxan rəqs üslubundakı "She’s a Lady" mahnısı isə ABŞ-də böyük populyarlıq qazandı.

1970–80-ci illərdə Consun nəzərə çarpacaq dərəcədə məşhur hitləri olmadı. Bu dövrdə o, əsasən yaşlı dinləyicilər üçün ifa edirdi. 1988-ci ildən başlayaraq o öz repertuarını müasir mahnılarla genişləndirməyə başladı. 1990-cı illərin sonlarında isə gənc ifaçılarla — The Cardigans ("Burning Down The House", 1999), The Pretenders ("Lust for Life", 1999), Stereophonics ("Mama Told Me Not to Come", 2000) ilə birlikdə albomlar yazdırdı.

1999-cu ildə Tom Cons kaver-versiyalardan ibarət olan "Reload" albomunu yazdırdı və 2000-ci ildə bu albom onun karyerasındakı ən çox satılan albom oldu. Bu albomdakı "Sex Bomb" sinqlı isə həmin ilin ən populyar rəqs hitinə çevrildi və Britaniya satış çartlarında üçüncü yeri tutdu.

21 oktyabr 2008-ci ildə ABŞ-də, 17 noyabrda isə Avropada "24 Hours" adlı yeni diski satışa buraxıldı. U2 qrupunun üzvləri Bono və Edc bu albomdakı "Sugar Daddy" mahnısının yazılmasında iştirak etdilər.

Diskoqrafiya

Year Title DE AT CH UK US
1965 Along Came Jones (US Title: It's Not Unusual*) 11 54
1965 What's New, Pussycat? 114
1966 From the Heart 23
1966 A-tom-ic Jones
1967 Green, Green Grass of Home 35 3 65
1967 13 Smash Hits 6 5
1968 Delilah 2 1
1968 Help Yourself 7 4 5
1969 This Is Tom Jones 9 2 4
1969 The Tom Jones Fever Zone 14
1970 Tom 4 6
1970 I Who Have Nothing 10 23
1971 She's a Lady 34 9 17
1972 Close Up 17 64
1973 The Body and Soul of Tom Jones 31 93
1977 Say You'll Stay Until Tomorrow 76
1978 I'm Coming Home 12
1981 Darlin' 179
1989 At This Moment 34
1989 After Dark 46
1991 Carrying a Torch 44
1994 The Lead and How to Swing It 81 35 55
1999 Reload 3 3 5 1
2002 Mr. Jones 78 58 62 36
2008 24 Hours 70 61 94 32 105
2010 Praise & Blame 38 9 51 2 79
2012 Spirit in the Room
2015 Long Lost Suitcase
2021 Surrounded by Time

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.