Tolis xan
Tolis xan — Şərqi Göytürk xaqanlığının şərq torpaqlarını idarə edən Göytürk şahzadəsi.
Tolis xan | |
---|---|
突利可汗 | |
Şərqi Göytürk xaqanlığının şərq şahzadəsi | |
611 – 631 | |
Əvvəlki | Yami xaqan |
Sonrakı | Xeloxu xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 602 |
Vəfat tarixi | |
Atası | Şibi xaqan |
Həyat yoldaşı | Xuaynan |
Uşağı | Xeloxu xan |
Dini | Tenqriçilik |
İlk dövrləri
Şibi xaqanın oğlu idi. 602-ci ildə doğulmuşdur.
Hakimiyyəti
Yami xaqanın dövründə dövlətin şərq torpaqları Tolis xana verilmişdi. Onun tabeçiliyində kidan və mohe tayfaları vardı. 624-cü ildə Tan şahzadəsi Li Şiminlə ittifaqa girmişdi. 628-ci ildə Çinə tabe oldu və 700 ailə ona hədiyyə edildi və Beipinq knyazı titulu verildi.
Ölümü
631-ci ildə Çindən öz torpaqlarına qayıdarkən Binçjouda vəfat etdi.
Ailəsi
Suy sülaləsinin imperatoru Yanqdinin qızı şahzadə Xuaynan ilə evlənmişdi.
Övladları
- Aşina Xeloxu — Aşina Cieşeşuayla birlikdə imperatoru öldürməyə cəhd etmişdi.
Nəslindən gələnlər
- Aşina Bilgə Tigin (681-724) — Tan sülaləsi sərkərdəsi idi. 3 sentyabr 724-cü ildə vəfat etmiş, 8 sentyabr 724-cü ildə basdırılmışdır. Məzarı 1956-cı ildə tapılıb.[1]
İstinadlar
Mənbə
- Н.Я. Бичурин (Иакинф). Собрание сведений о народах,. обитавших в Средней Азии в древние времена. // Т. I. М.-Л.: 1950
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.