Tokarev TT-33

SSRİnin çıxardığı yarı-avtomatik tapancalardandır. TT-33 olaraq da bilinir.TT-nin açıqlamsı "Tula, Tokarev"dir.1920-ci illərin sonunda Qırmızı Ordu, çoxca köhnələn Nagant M1895 revolver yerinə yerli istehsal yarı-avtomatik tapanca axtarışına girmişdir. Ordu, bir çox müxtəlif silah prototipinin testi nəticəsində, 1930-cu ildə Rus silah dizayneri Fedor Tokarevin "TT-30" dizaynını tətbiqə qoyma qərarı almışdır. Sonrasında bu dizayn bir az modernləşmiş və 1934-də "TT-33" adıyla ardıcıl istehsala verilmişdir.Daha əvvəl Almaniyadan alınıb istifadə olunan Mauser C96nın 7.63x25mm Mauserlik gülləsi təməl alınıb, qovan ölçülərinə az qala heç toxunulmadan yalnız barıt modernləşməsi nəticəsində 7.62x25mm TT cəbhəxanası ortaya çıxarılmışdır və bu da yeni silahın sursat növü olmuşdur. 2 güllə növü o qədər bənzərdir ki, bəzi silahlarda dəyişməli olaraq belə istifadə edilə bilər çox məşhur olmasa da.

Tokarev TT-33
Tokarev TT-33
Tipi Tapanca
İstismar illəri 1934 - 1965
Xüsusiyyətləri
Ağırlığı 854 qr
Uzunluğu 194 mm
Hündürlüyü 134 mm
Ekipaj 8 mermilik qutu maqazin
Kalibr 7,62 mm

116 mm-lik nisbətən uzun lüləsi, güclü 7.62-yə 25 mm-lik Tokarev gülləsiylə birləşincə ortaya olduqca güclü və etibarlı bir silah çıxmışdır. Hələ də elədir. Standart maqazini 8 güllə daşıyır. Bu tapança Qırmızı Ordunun İkinci dünya müharibəsiKoreya müharibəsinda standart tapancasıydı. Öz ölkəsində 1934 - 1952-ci illər arasında çıxarılmış olsa da, bir çox sovet silahı kimi bunun da saysız xarici modifikasiyası istehsalı günümüzə qədər uzanmıştır. Xüsusilə Çinlilər, Serblər, Polşalılar, Şimali KoreyalılarMacarlar ilk ağla gələnlərdir. 1952-ci ildə, köhnələn texnologiyası yeri 9x18mm-lik Makarov PMlərə buraxmışdır.

İstifadəçi ölkələr

İstifadəçilər

Köhnə istifadəçilər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.