Tohoku regionu

Tohoku regionu (東北地方, Tōhoku-chihō, şimal-şərq)Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, YamaqataFukuşima.

Tohoku regionun yerləşməsi
Tohoku regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Honşu
Statistika
Sahə 66889,55 km²
Əhali 9020531 nəf.
   Əhali sıxlığı 130 nəfər/km²
Prefekturalar 6

Adı

Tohoku regionun adı iki sözdən ibarətdir: () şərq deməkdir, hoku () isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır.[1]

Coğrafiya

Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir.[2]

Dağlar

  • Ou dağları
  • Banday dağı
  • Devanın üç dağı
  • Hakkoda dağları
  • Hayaçine dağları
  • İvaki dağı
  • Osore dağı

Göllər

  • Tadzava gölü
  • Tovada gölü

Çaylar

  • Kitakami çayı
  • Oirase çayı

Parklar

  • Banday-Asahi Milli Parkı
  • Miss Veedol Plyajı
  • Rikuçu Kayqan Milli Parkı
  • Tovada-Haçimantay Milli Parkı

Əhali

Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır. Aomori, Morioka, Akita, FukuşimaYamaqata kimi prefektura mərkəzləri və Haçinohe, Koriyamaİvaki kimi sənaye və ticarət mərkəzləri də urbanistik yığılma yerləridirlər.[2]

Regionun əhalisi əsasən Yapon dilinin eyni adlı Tohoku dialektində (東北方言 Tōhoku hōgen və ya 東北弁 Tōhoku-ben) danışır.[3]

Tarix

Keçmişdə bu region Miçinoku adını daşıyırdı.[4]

2011-ci ilin martın 11-də Tohokuda zəlzələsi və sunami baş verdi.[5]

İqtisadiyyat

Tohoku həmişə Yapniyanın zəif inkişaf etmiş regionu kimi tanınırdı.[6] Bu region əsasən aqrardır. 2014-cü ildə kənd təsərrüfatın əsas gəlirləri ilk növbədə düyü istehsalından, bundan sonra isə, heyvandarlıqdan, tərəvəz və meyvə istehsalından gəldi.[7] Lakin, kənd təsərrüfatından başqa, 1960-cı illərdən bəri burda həmçinin dəmir, polad, sement, kimyə, ağac, və neft emalı kimi sənayələr inkişaf etməyə başladılar.[8]

Tohoku 2011-ci ilin təbii fəlakətindən böyük zərər almışdı. Lakin sonra, regionun iqtisadiyyatı dirçəlməyə başladı.[9]

İstinadlar

  1. "Britannica". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  2. Хасэгава Н. Регион Тохоку // Энциклопедия Ниппоника: в 26 тт. 2-е издание. — Токио: Сёгакукан, 1994—1997.
  3. "All You Need to Know About Japan's Weirdest Dialect, Tohoku-ben". 2015-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  4. Hanihara, Kazuro. "Emishi, Ezo and Ainu: An Anthropological Perspective," Arxivləşdirilib 2011-10-02 at the Wayback Machine Japan Review, 1990, 1:37 (PDF p. 3).
  5. "Arxivlənmiş surət". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  6. Dentsu. (1970). Industrial Japan, Issues 18-26, p. 58 Arxivləşdirilib 2016-04-28 at the Wayback Machine; retrieved 2013-4-17.
  7. Arxivləşdirilib 2015-05-14 at the Wayback Machine p. 26
  8. "Japan Tohoku". 2011-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  9. "The Tohoku Economy Two Years On Growing divergence in recovery speeds and more diverse challenges". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.