Tofiq Qəhrəmanov

Tofiq QəhrəmanovAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti (2010–2021)

Tofiq Qəhrəmanov
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Qəhrəmanov Tofiq Ridvan oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirmişdir.

1976–1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləmiş, zavodun komsomol komitəsinin katibi olmuşdur.

1983–1990-cı illərdə keçmiş partiya təşkilatlarında — əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Vladimir İliç adına Yeni — Bakı Neftayırma Zavodunda direktor müavini, 1991–1993-cü illərdə zavodun təsis etdiyi "Azinteroil" Birgə Müəssisəsinin Baş direktoru işləmiş, 1994–1998-ci illərdə isə özəl bizneslə məşğul olmuşdur.

1998–2006-cı illərdə "Azərneftyanacaq" İB-də texniki—iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007–2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olmuşdur.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidentidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.