Tofiq Hacıyev (filoloq)

Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013).[1] [2]

Tofiq Hacıyev
Tofiq Müzəffər oğlu Hacıyev
Tofiq Hacıyev BDU-da (2015)
Tofiq Hacıyev BDU-da (2015)
Doğum tarixi
Doğum yeri Neftçala, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.[1][2]

Əmək fəaliyyəti

Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb.[1][2]

1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib. O, 2013-cü ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professorudur.[1]

Elmi dərəcə və elmi adları

Tofiq Hacıyev 1981-1984-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub. 1986-cı ildə "Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2003-cü ildə "Tabeli mürəkkəb cümlənin struktur-semantikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmləri doktoru elmi dərəcəsi alıb. Hacıyev 2005-ci ildə dosent, 2013-cü ildə isə professor elmi adını alıb. Tofiq Hacıyevin 55 məqaləsi və 1 kitabı işıq üzü görüb. O, 1 aspirant və 3 dissertanta rəhbərlik edib.[1][2]

Çap olunmuş əsərləri

Kitabları

  • Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı (2004).
  • Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri (2004).
  • "Kitabi-Dədə Qorqud"un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya, 2006).
  • "Tabeli mürəkkəb cümlənin struktur semantikası" (2002).
  • "Tabeli mürəkkəb cümlənin təkamülü" (2012).
  • "Azərbaycan dili" (müştərək, 2013).
  • "Azərbaycan dili". VIII sinif üçün (müştərək, 2015).
  • "Azərbaycan dili". IX sinif üçün (müştərək, 2016).
  • "Azərbaycan dili". X sinif üçün (müştərək, 2017).
  • "Azərbaycan dili". XI sinif üçün (müştərək, 2018).[1][2]

Məqalələri

  • "Tabeli mürəkkəb cümlənin transformasiyası"(1983).
  • "Bir transformasiya prosesi haqqında"(1983).
  • "Bəzi qoşa bağlayıcıların mənşəyinə dair"(1984).
  • "Azərbaycan dilçiliyinə töhfə"(1984).
  • "Bəzi sintaktik konstruksiyaların ellipsisinə dair"(1985).
  • "Tədris prosesində morfologiya ilə sintaksisin qarşılıqlı əlaqəsinə dair"(1985).
  • "Azərbaycan dilində tabeli mürəkkəb cümlənin elliptik, yarımçıq və ixtisar formaları"(1988).
  • "Nitqdə dəqiqlik"(1988).
  • "Alınma söz və internasionalizm"(1989).
  • "Kitabi-Dədə Qorqud"da tabeli mürəkkəb cümlənin natamam formaları"(1989).
  • "Omonim səciyyəli sintaktik vahidlərin üslubi xüsusiyyətləri"(1990).
  • "Yarımçıq tabeli mürəkkəb cümlələr"(1991).
  • "Tabesiz mürəkkəb cümlədə komponentlərin məna əlaqəsinə dair"(1993).
  • "Tabeli mürəkkəb cümlənin ixtisar forması"(1993).
  • "Frazeoloji cümlələr tabeli mürəkkəb cümlənin bir komponenti kimi"(1994).
  • "Tabeli mürəkkəb cümlənin bir struktur tipi haqqında"(1994).
  • "Öz təyinatını tapmayan bir konstruksiya haqqında"(1995).
  • "Səbəb budaq cümləsinin bir tipi"(1995).
  • "Qovuşuq və qarışıq tipli mürəkkəb cümlələrin tədrisi"(1996).
  • "Mürəkkəb cümlənin funksional və semantik bölgüsü haqqında"(1996).
  • "Mürəkkəb cümlənin elliptik formasının tədrisi"(1996).
  • "Tabeli mürəkkəb cümlənin natamam formaları"(2000).
  • "Ümumi dilçiliyə dair yeni tədqiqat" (2007).
  • Ön söz//X.Məmmədova və Ə.Cavadov."Tabeli mürəkkəb cümlələrin semantik-qrammatik xüsusiyyətləri" kitabı (1998).
  • "Mürəkkəb cümlə təsnifinin funksional əsası"(1998)
  • "Tabesiz mürəkkəb cümlədə komponentlər arasında semantik əlaqə"(2000)
  • "Tabeli mürəkkəb cümlədə struktur semantikanın müəyyənləşməsində relyat-korrelyat münasibətinin rolu"(2001).
  • "Söz yaradıcılığı haqqında"(2001).
  • "Dərin elmi mündəricəli əsər"(2001).
  • "Cümlənin xəbəri mürəkkəb cümlə tərəflərini bağlayan vasitə kimi"(2001).
  • "Tabeli mürəkkəb cümlədə omonimlik məsələsi"(2003)
  • "Azərbaycan dilində sadə və mürəkkəb cümlə sərhədi"(2003)
  • "Tabeli mürəkkəb cümlənin natamam formalarının struktur semantikası"(2003)
  • "Tabesiz mürəkkəb cümlədə zaman məsələsi"(2004)
  • "Dərəcə budaq cümləsinə dair"(2004)
  • "Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu"(2004)
  • "Kitabi-Dədə Qorqud"un dilindəki frazeologizmlərin müasir taleyi"(2006)
  • "Dərslik yazmaq məsuliyyəti"(2007)
  • "Kuban sözünün mənşəyinə dair"(2009)
  • "Bolqarçay hidroniminə dair bəzi qeydlər"(2009)
  • "Kitabi-Dədə Qorqud"un dilində məkan, ölçü, həcm əlamətləri bildirən sadə sözlər"(2009)
  • "Nağıl və dastanlarda antroponimlərin fonetik-üslubi xüsusiyyətləri"(2010)
  • "Terminlərdə dəqiqlik—Terminologiya məsələləri"(2011)
  • "Folklorda şəxs adlarının təkrarının üslubi imkanları"(2011)
  • "Köməkçi nitq hissələrinin omonimliyi"(2013)
  • "Sadə cümlənin sintaktik təhlili"(2015)[1]

Ailə həyatı

Ailəlidir, 2 oğlu var.[1][2]

İstinadlar

  1. "Tofiq Müzəffər oğlu Hacıyev" (PDF) (Azərbaycan). static.bsu.az. 28-2-2020 tarixində arxivləşdirilib (PDF).
  2. "Azərbaycan dilçiliyi kafedrasıda professor əvəzi" (Azərbaycan). philology.bsu.edu.az. 8-8-2011 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.