Tofiq Gülməmmədov
Tofiq Ataxan oğlu Gülməmmədov (9 may 1960, Naxçıvan – 16 yanvar 2020, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri.[1]
Tofiq Gülməmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Həyatı
Təhsili
Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib[2].
Ailəsi
Ailəlidir, 1 övladı var.
Əmək fəaliyyəti
- 1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb.
- 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə "Hərbi Vətənpərvərlik və Səlnamə" redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib.
- 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub.
- Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edir.[1]
Təltif və mükafatları
- 2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb[3].
İstinadlar
- "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı" (Azərbaycan dili). azsport.az. 16 yanvar 2020 tarixində arxivləşdirilib.
- "Gülməmmədov Tofiq" (Azərbaycan dili). neftchi.org. 16 yanvar 2020 tarixində arxivləşdirilib.
- "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (Azərbaycan dili). e-qanun.az. 16 yanvar 2020 tarixində arxivləşdirilib.
- "Tanınmış jurnalist dünyasını dəyişdi" (Azərbaycan dili). qaynarinfo.az. 16 yanvar 2020 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.