Tofiq Allahverdiyev

Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982).

Tofiq Allahverdiyev
Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri[lower-alpha 1]
1 mart 1966 18 oktyabr 1982
ƏvvəlkiMusa Ağayev
SonrakıHeydər İsayev
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
1955 1961
ƏvvəlkiMəmməd Qurbanov
SonrakıNəsrulla Nəsrullayev
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
29 mart 1948 29 may 1950
Əvvəlkişura yenidən yaradılıb
Sonrakıİsmayıl Əskərov
Şəxsi məlumatlar
Doğum tarixi 18 fevral 1917(1917-02-18)
Doğum yeri
Vəfat tarixi 9 iyun 1987(1987-06-09) (70 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Rütbəsi mayor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə Paris kommunası adına zavodun fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq qaynaqçı ixtisasına yiyələnmiş, 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu dağ mühəndisi ixtisası üzrə bitirmişdir.[1] Təhsil illərindən, 1938-ci ildən komsomol işində çalışmışdır.[2] Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin şöbə müdiri, sonra isə katibi olmuşdur.[3]

Tofiq Allahverdiyev 1942-ci ildən Böyük Vətən müharibəsi iştirakçısı olmuş, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır. 1944-cü ilədək Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi olmuşdur. 1944-cü ilin fevral ayından SSRİ Xalq Müdafiə Komissarlığı Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil almış, 1945–1947-ci illərdə İranda, SSRİ konsulluğunda katib işləmişdir. 1947-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi şöbə müdirinin müavini, 1947–1948-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışmışdır.[1] 1948-ci ildən həmkarlar ittifaqı sahəsində fəaliyyətini davam etdirmiş, Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri olmuşdur.[3]

1950–1952-ci illərdə Tofiq Allahverdiyev Azərbaycan KP MK katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin katibi vəzifələrində çalışmışdır.[4] Daha sonra "Gürganneft" tresti rəisinin müavini işləmiş, 1953–1955-ci illərdə SSRİ Neft Sənayesi Akademiyasının dinləyicisi olmuşdur. 1955–1961-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[1] 1961–1966-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dosent işləmiş, 1966-cı ildən 1982-ci ildə təqaüdə çıxanadək Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olmuşdur.[3]

Tofiq Allahverdiyev 1939-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, 1956 və 1959-cu illərdə Sov.İKP XX və XXI qurultaylarının nümayəndəsi olmuşdur.[5] 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü və büro üzvü, 1971-ci ildən isə Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.[6] SSRİ Ali Sovetinin (3-cü və 5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (3-cü və 7–10-cu çağırışlar) deputatı seçilmişdir.[4]

Tofiq Allahverdiyev "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[3]

Tofiq Allahverdiyev uzun sürən xəstəlikdən sonra 7 iyun 1987-ci ildə vəfat etmişdir.[3]

Qeydlər

  1. 1 mart 1966 – 5 aprel 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Peşə-Texnika Təhsili Komitəsinin sədri və 5 aprel 1967 – 4 oktyabr 1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri kimi

İstinadlar

  1. Tofiq Əliheydər oğlu Allahverdiyev // Azərbaycanın təhsil nazirləri. Bakı: Bakınəşr. 2010. səh. 134–139. ISBN 978‑9952‑8145‑0‑7.
  2. Аллаһвердијев Тофиг Әлиһејдәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 34.
  3. Т. Ә. Аллаһвердијев // Коммунист. № 134 (20303). 10 ијун 1987-ҹи ил. С. 4.
  4. Аллаһвердијев Тофиг Әлиһејдәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 30.
  5. Allakhverdiev, Tofik Ali-Geydorogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 20.
  6. Allakhverdiev, Tofik Ali Geidar ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 16. ISBN 0-89664-011-6.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.