Tofiq Əliyev (rektor)
Tofiq Məmməd oğlu Əliyev (1 iyul 1928, Gəncə – 6 noyabr 1993, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993)[1], Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı.
Tofiq Əliyev | |
---|---|
Doğum tarixi | 1 iyul 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 1993 (65 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | energetika, informatika |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
|
Mükafatları |
|
Həyatı
Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur.
1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir.
Tofiq Məmməd oğlu Əliyev 1993-cü ildə vəfat etmişdir.
Elmi fəaliyyəti
Tofiq Məmməd oğlu Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır.
Tofiq Məmməd oğlu Əliyev 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır.
Tofiq Məmməd oğlu Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmişdir.
Təltif və mükafatları
Tofiq Əliyev 1969-cu və 1983-cü illərdə 2 dəfə SSRİ və 1974-cü ildə 1 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adına, "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
Elmi əsərləri
- Elektrik ölçmələri: ossiloqraflar, qeyrielektrik kəmiyyətlərinin ölçülməsi, informasiyaölçmə sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. M. Qasımzadə. — Bakı, 1986.- 104 s.
- Mikroprosessorlu ölçmə cihazları, qurğuları və sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. T. Əliyev; Azərbaycan SSR Xalq Təhsili Nazirliyi, M. Əzizbəyov adına Azərbauycan Neft və Kimya İnstitutu.- Bakı, 1989.-227 s.
İstinadlar
Ədəbiyyat
- Əlamətdar və tarixi günlər təqvimi — 2013 /baş red. K. Tahirov; red. G. Səfərəliyeva; məsul katib N. Alışova; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 440 s.