Tofiq Əhmədov (filoloq)

Əhmədov Tofiq Mürsəl oğlu (8 may 1938, Quba17 aprel 1998, Bakı) — Azərbaycanın dilçi alimi, toponimist, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyətinin sədr müavini, Azərbaycan İqtisad İnstitutunun “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Tofiq Əhmədov
Tofiq Mürsəl oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Quba, Azərbaycan SSR
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Elm sahələri ədəbiyyatşünas, dilçi, türkoloq
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Professor
İş yerləri

Bakı Dövlət Universiteti,

Azərbaycan Dövlət İqtisad Universiteti

Həyatı

Tofiq Əhmədov 1938-ci il mayın 8-də Quba şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1962-1967) təhsil almışdır. AMEA-nin Dilcilik institutuna işə dəvət olunmuşdur.AMEA-nın (1967-1969) müxtəlif şöbələrində işləmişdir. 1987-ci ildə Sovet Türkoloqları Komitəsinin XV plenumun qərarı ilə SSRİ EA Türk onomastikası bölməsinin büro üzvü və 1988-cici ildə Azərbaycan Mədəniyyət Fondunun elmi-ictimai Toponimiya şurası sədrin müavini seçilmişdi.Eyni zamanda Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyəti sədri müavini idi. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiri olmuşdur(1990-1998).

Ədəbi fəaliyyəti

Azərbaycan toponimlərini ilk dəfə sistem halında təhlil etmiş, onların müxtəlif sözlərdən törəmə olduğunu, ümumi leksik vahidlərlə toponimlərin fərqinin, mikro və makro toponimlərin xüsusiyyətlərini, elliptik və tam formada işləndiklərini, sintaktik xüsusiyyətlərini, qədim türk sözlərinin toponimlərdə əks olunması və s. problemlərə aid sanballı əsərlər yazmış, bu sahədə 120-dən çox elmi məqalə çap etdirmişdir. Onun səyi ilə ilk dəfə olaraq Bakı Dövlət Universitetində “Azərbaycan onomastikası” ümumi kursu təşkil olunmuş, “Azərbaycan toponimikası” ixtisas kursu tədris edilmiş, bu kursların dərs vəsaitləri hazırlanmış və çap olunmuşdur. Onomastika və dilçiliyin digər sahələri ilə məşğul olan onlarla alimə elmi rəhbər və opponent olmuşdur.

Professor T.Əhmədovun rəhbərliyi altında "Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti" hazırlanmışdır.Türkdilli ölkələr arasında ilk dəfə olarag "Azərbaycan dilinin dialektoloji atlası" (1990) adlı monumental əsərin müəlliflərindən biri olmuşdur. 100-ə qədər elmi əsərin müəllifi və 30-a yaxın regional, beynəlxalq konfransların iştirakçısı olub.

İrsi

Quba rayonunda küçə onun adını daşıyır.

Kitabları

  • Əhmədov T.M El-obamızın adları. Bakı, "Gənclik", 1984, s.128.
  • Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
  • Əhmədov T.M Azərbaycan toponimiyasının əsasları. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1991, s. 312.
  • Əhmədov T.M. Qədim «şen» coğrafi terminin mənşəyinə dair. - Azərbaycan onomastikası problemləri, VI, Bakı, 1996, səh.63-69.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.