Tofiq İsmayılov (rejissor)
Tofiq Hüseyn oğlu İsmayılov (6 aprel 1939, Bakı şəhəri, Azərbaycan SSR — 25 mart 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru.
Tofiq İsmayılov | |
---|---|
Tofiq Hüseyn oğlu İsmayılov | |
| |
Doğum adı | Tofiq Hüseyn oğlu İsmayılov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ (1939-1991) Azərbaycan (1991-2016) |
Həyat yoldaşı | Səidə İsmayılova |
Uşaqları |
qızları: Sevinc İsmayılova, Vəfa İsmayılova, Aygül İsmayılova |
Atası | Hüseyn İsmayılov |
Fəaliyyəti |
Kinorejissor Kinodramaturq Nasir |
Təhsili |
M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsi (1958-1962) M. A. Əliyev adına Teatr İnstitutunun Rejissorluq fakültəsi (1962-1968) |
Mükafatları | |
IMDb | ID1435868 |
Həyatı
Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968-1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969-1988).[1] Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[2] 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988-1994). 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[3] Məzarı Yasamal qəbiristanlığındadır.
Əsərləri
- Qonşular. Bakı: Gənclik, 1978,
- Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh.
- Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh.
- Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh.
- Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh.
- Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte).
- Türk dünyası kino sənəti. 2009
- Kinoya gedən pişik (hekayə və pyeslər), 2011
Filmoqrafiya
Filmin adı | İl | Rejissor | Ssenari müəllifi |
Aktyor | Filmin növü | |
---|---|---|---|---|---|---|
Şəhərimizin daşları | 1968 | |||||
İntizar | 1970 | |||||
Oxuyur Müslüm Maqomayev | 1971 | |||||
Yoxlanılmış, inanılmış... | 1971 | |||||
Gilas ağacı | 1972 | |||||
Yaşıl işıq | 1972 | |||||
Yollar | 1972 | |||||
Bizim küçənin oğlanları | 1973 | |||||
Çarvadarların izi ilə | 1974 | |||||
Hədiyyə | 1974 | |||||
Yeni üsul | 1974 | |||||
Vulkana doğru | 1977 | |||||
Azərbaycanın palçıq vulkanları | 1979 | |||||
Çovqan oyunu | 1979 | |||||
Lahıc | 1979 | |||||
Mən mahnı qoşuram | 1979 | |||||
Əzablı yollar | 1982 | |||||
Musiqi müəllimi | 1983 | |||||
Yaxşı qurtardıq | 1985 | |||||
Xüsusi vəziyyət | 1986 | |||||
Yay gününün xəzan yarpaqları | 1986 | |||||
Sürəyya | 1987 | |||||
Ölsəm... bağışla | 1989 | |||||
Son tamaşa | 1989 | |||||
Özüm və zaman haqqında | 1991 | |||||
Prima | 1994 | |||||
Otel otağı | 1998 | |||||
İstanbul reysi | 2010 | |||||
Maestro | 2011 | |||||
İstinadlar
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
- "Azərbaycanın xalq artisti vəfat etdi". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Rejissor taleyinin zirvələri" //"Pəncərə" jurnalı.- 2009, № 21. - səh. 72-79.