Toba gölü

Toba[1] (ind. Danau Toba) — İndoneziyanın Sumatra adasında yerləşən göl. Göl Şimali Sumatra əyalətinə aiddir və əyalətin inzibati mərkəzi Medan şəhərindən cənubda yerləşir. Toba gölü 74 min il əvvəl, nəhəng püskürmə mərkəzi olan eyni adlı Toba vulkanının kalderində meydana gəlmişdir. Göl dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir. Eni — 27 km, uzunluğu isə 87 km-dir. Sahəsi 1103 км²-dir[2][3]. Toba İndoneziyanın ən böyük gölüdür. Eləcə də dünyada vulkan mənşəli ən böyük göl hesab olunur[4]

Toba
ind. Danau Toba
Samosir adasından Toba gölünün görünüşü
Samosir adasından Toba gölünün görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 902 m
Eni 27 km
Uzunluğu 87 km
Sahil uzunluğu 294 km
Sahəsi 1103 km²
Həcmi 240 km³
Dərin yeri 505 m
Axan çay Asaxan
Minerallaşma tipi şirin sulu
Yerləşməsi
2°40′ şm. e. 98°53′ ş. u.
Ölkə  İndoneziya
Toba xəritədə
Toba
Toba
Toba xəritədə
Toba
Toba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbiətin müxtəlifliyinə və batak xalqının zəngin mədəniyyətinə görə Toba gölü və mərkəzində yerləşən Samosir adası (ind. Pulau Samosir) İndoneziyanın ən populyar turizm məkanlarından biri hesab olunur[5]. Ancaq aktiv təsərrüfat fəaliyyəti göl suyunun və sahil ərazilərin çirklənməsinə və bir çox ekoloji problemlərin yaranmasına səbəb olmuşdur[6].

Fiziki-coğrafi xarakteristikası

Geologiyası

Toba gölü Sumatra adasının şimalında, Barisan dağ silsiləsi ərazisində yerləşir[7]. Bu dağ silsiləsi adanın əsas dağlıq ərazisi hesab olunur və daşkömür-permin metamorfik, miosenin çöküntü və dördüncü dövrin maqmatik süxurlarından təşkil olunub[8]. Göl və ətraf ərazilər bütünlüklə nəhəng kalder ərazisidir. Ölçüləri 100 × 30 km[9] olan ərazi dünyanın ən böyük kalderlərindən biri hesab olunur. Toba kalderi Böyük Sumatra sınmasında yerləşir[10]. Sınma xətti Sumatra adasının mərkəzindən keçir və göldən 20 km aralıdır[2]. Kalder Zond adaları qövsünə daxildir. Bölgə seysmik baxımdan çox aktivdir. Hind-Avstraliya pitəsi ildə 56 mm sürətlə Avrosasiya piltəsi altına daxil olur[10].

Sahillərinin, göl dibinin və adanın relyefi

Toba gölü yatağı hündürlüyü 400–1200 metra arasında dəyişən dik qayalıqlarla əhatələnib. Dik qayalıqları bəzən böyük olmayan dərələr əvəz edir[2]. Qayalıqlar ən yüksək səviyyəyə şimal-şərq hissədə çatır[5]. Gölün su səthi dəniz səviyyəsindən 902 merdə yerləşir[2]. Samosir və Pardapur (ind. Pulau Paradapur) adlarla birlikdə gölün ümumi sahəsi 1780 km²-dir[11]. 1939-cu ildə ilk dəfə olaraq gölün dərinliyi ölçülmüş və nəticə 529 metr olmuşdur. 2003-cü ildə exolot vasitəsi ilə gölün dərinliyinin 505 metr olduğu müəyyən edilmişdir[2].

Göl sahillərinin havadan görünüşü

Toba gölündə əsas iki ada var. Samosir adasının sahəsi 647 km²-dir. Bu göstərici ilə Samosir göldə yerləşən adalar sırasında ölçüsünə görə dünyada dördüncüdir[12]. Pardapur adasının sahəsi isə 7 km-dir²[2]. Samosir adasında kiçik göl yerləşir — Sidixoni (ind. Danau Sidihoni)[13]. 1906-cı ilə kimi Samosir yarımada idi. Yerli hakimiyyətin qərarı ilə bərzəxdən kanal çəkilmişdir[14].

İstinadlar

  1. То́ба // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 368.
  2. "Experience and Lessons Learned Brief for Lake Toba" (PDF) (ingilis). www.worldlakes.org. 2016-03-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-17.
  3. "LakeNet — Toba (Danau Toba)" (ingilis). www.worldlakes.org. 2012-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  4. "Modeling the Aquaculture Carrying Capacity Of Lake Toba, North Sumatra, Indonesia" (PDF) (ingilis). www.edc.uri.edu. 2016-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-17.
  5. "ABOUT LAKE TOBA" (ingilis). www.sumatraecotourism.com. 2010-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  6. "Waste Water Management in Lake Toba" (PDF) (ingilis). www.worldlakes.org. 2010-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-17.
  7. "Lake Toba" (ingilis). britannica.com. 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  8. "The Toba Caldera Complex" (PDF) (ingilis). geo.mtu.edu. 2015-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-17.
  9. "Toba, Sumatra, Indonesia" (ingilis). volcano.oregonstate.edu. 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  10. "The feeder system of the Toba supervolcano from the slab to the shallow reservoir" (ingilis). www.nature.com. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  11. "Danau Toba (Lake Toba)". International Lake Environment Committee. 2009-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
  12. "Largest Lake Islands of the World" (ingilis). worldislandinfo.com. 2011-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  13. "Lakes - Sumatra" (ingilis). www.sumatra-indonesia.com. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  14. Historical Atlas of Indonesia Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine Curzon Press. 2000. 240. isbn = 0-7007-0985-1
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.