Toşiro Mifune

Toşiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır.

Toşiro Mifune
yap. 三船 敏郎
Doğum tarixi
Doğum yeri Sindao, Çin ÇXR
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Mitaka, Tokio, Yaponiya Yaponiya
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu, mədəaltı vəzin xərçəngi
Dəfn yeri
Milliyyəti yapon
Vətəndaşlığı Yaponiya Yaponiya
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1948-1995
İstiqamət kino
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri "Bənövşəyi lent" medalı
IMDb ID0001536
İmzanın şəkli
mifuneproductions.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı.

1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir. Bu zaman baş vermiş tətildən sonra kinostudiyadan böyük aktyor qrupu çıxıb getmişdi. Beləliklə, kinostudiya "yeni sima" axtarışına çıxır[1]. Buraya 4000-dən artıq insan qatılır. Mifune isə rejissor Kadziro Yamamotonun diqqətini cəlb edir. Elə bu müsabiqədə Toşiro Mifune aktrisa Satiko Yosimine ilə tanış olur. Sonradan (1950-ci ildə) bu tanışlıq onların evliliyinə gətirib çıxaracaqdı.

Mifunenin iştirakı ilə çəkilən ilk 2 film 1947-ci ildə ekranlara çıxmışdır. Bu filmlər Kadziro Yamamotonun "Yeni səfehlərin zamanı" və Sengiti Taniqutinin "Gümüşü dağların arxasında" idi.

İkinci filmin çəkilişlərində o, Akira Kurosava ilə tanış olur. 1948-ci ildə Akira Kurosavanın çəkdiyi və Toşiro Mifunenin baş rolda oynadığı "Sərxoş mələk" filmi ekranlara çıxır. Elə bu filmdən sonra Kurosava və Mifunenin çoxillik əməkdaşlığı başladı. Mifuneyə beynəlxalq şöhrət gətirən rol isə 1950-ci ildə "Raşomon" filmində ifa etdiyi quldur Tadzyomaru rolu olmuşdur.

1951-ci ildə Akira Kurosava Fyodor Dostoyevskinin "İdiot" romanını ekranlaşdırır. Burada Mifune tacir Roqojin obrazının yapon variantını ifa edir. "Yeddi samuray" isə həm Kurosavanın, həm də Mifunenin yaradıcılığında olduqca vacib olan filmə çevrilir. Filmdə 7 samurayın kəndi quldurlardan qorumalarından bəhs olunur. Mifune burada yalançı samuray Kikutiyo rolunu canlandırmışdı.

Mifune bir çox başqa rejissorların da filmlərində rol almışdır, lakin gündən-günə uğurları artan Kurosava-Mifune əməkdaşlığı nəticəsində "Qan üstündə hakimiyyət", "Gizli qalada üç əclaf", "Cangüdən" kimi növbəti ekran əsərləri ortaya çıxdı. 1962-ci ildə aktyor "Mifune prodakşn" (Mifune Production) şirkətini yaradır.

Mifunenin Akira Kurosava ilə sonuncu işi "Qırmızı saqqal" (1965) filmində olur. Onların arasında yaranmış ziddiyyət bu gözəl əməkdaşlığa son qoyur[2]. Məsələ burasında idi ki, Toşiro Mifune samuray obrazından yenidən istifadə etmək istəyirdi. Kurosava isə onun bu təklifilə qəti razılaşmırdı.

1960-cı illərin əvvəllərində Mifune fəal surətdə AvropaAmerika kinosunda çəkilməyə başlayır. Terens Yanqın "Qırmızı günəş" vesternində (1971) o, səfir olan yapon samurayını canlandırmışdı. Bu filmdə onun tərəf-müqabili məşhur aktyor Alen Delon idi. 1979-cu ildə o, Stiven Spilberqin "1941-ci il" satirik komediyasında yapon sualtı qayığının komandiri rolunda çəkilir.

1992-ci ildə Toşiro Mifune ürəyi ilə bağlı ciddi problemlərlə yaşamağa başladı. Bu hadisədən sonra o, bir daha kinoda çəkilmədi. Aktyor Toşiro Mifune 1997-ci ildə vəfat etdi. Onun dəfn mərasimi "Toho", "Mifune Production" və "Kurosawa Production" şirkətləri tərəfindən həyata keçirildi.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1947Gümüşü dağların arxasındayap. 銀嶺の果てEydzima
1947Yeni səfehlərin zamanıyap. 新馬鹿時代 前編・後編
1948Sərxoş mələkyap. 酔いどれ天使Masunaqa
1949Sakit döyüşyap. 静かなる決闘Ködzi Fudzisaki
1949Kimsəsiz köpəkyap. 野良犬detektiv Murakami
1950Qalmaqalyap. 醜聞İtiro Aoe
1950Raşomonyap. 羅生門quldur Tadzomaru
1951Səfehyap. 白痴Denkiti Akama
1952Araki Mataeon: Açar dükanının yanındakı kəsişmədə duelyap. 荒木又右衛門 決闘鍵屋の辻Araki Mataemon
1952Yelbeyin O-Harunun həyatıyap. 西鶴一代女Kasunosuke
1952Limana gələn kişiyap. 港へ来た男
1954Yeddi samurayyap. 七人の侍Kikutiyo
1954Samuray: Döyüşçünün yoluyap. 宮本武蔵Takedzo
1954Ləpədöyənin səsiyap. 潮騒Utaşima-marunun kapitanı
1955Samuray 2: Məbəd qarşısında duelyap. 続宮本武蔵 一乗寺の決闘Takedzo
1956Samuray 3: Adada döyüşyap. 宮本武蔵完結編 決闘巌流島Takedzo
1956Qadın ürəyiyap. 妻の心
1957Qorxu içində yaşayıramyap. 生きものの記録Kiiti Nakadzima
1957Qan üstündə hakimiyyətyap. 蜘蛛巣城Vasidzu
1957İki aşiq üçün xoşbəxtlikyap. この二人に幸あれ
1957Yaqyu qəbiləsinin heyakəti: Nindza sənətiyap. 柳生武芸帳Tasaburo
1957Dərinlikdəyap. どん底Sutekiti
1957Yaqyu qəbiləsinin gizli dəstəsiyap. 柳生武芸帳Tasaburo
1958Muhomasunun həyatıyap. 無法松の一生Masuqoro
1958Gizli qalada üç əclafyap. 隠し砦の三悪人general Rokurota Makabe
1959Samuray əfsanəsiyap. 或る剣豪の生涯Heyhaçiro Komaki
1959Yaponiyanın doğuluşuyap. 日本誕生Yamato Takeru
1960Sakit okenda qasırğayap. ハワイ・ミッドウェイ大海空戦 太平洋の嵐Tamon Yamaquçi
1960Pis adamlar yaxşı yatıryap. 悪い奴ほどよく眠るKoiti Nisi
1961Osaka qalasının tarixçəsiyap. 大阪城物語Moheyi
1961Cangüdənyap. 用心棒samuray Sandzuro Kuvabatake
1962Vacib şəxsisp. El hombre importanteAnimas Truyano
196247 roninyap. 忠臣蔵 花の巻 雪の巻
1962Cəsur samurayyap. 椿三十郎Subaki Sandzüro
1963Cənnət və cəhənnəmyap. 天国と地獄Kinqo Qondo
1963Quldur samurayyap. 大盗賊
1963Sinbadın itirilmiş dünyasıyap. 大盗賊Sukezaymon Naya
1965Qatil samurayyap.
1965Qırmızı saqqalyap. 赤ひげKödze Niide
1965Kiskadan geri çəkilməing. Retreat from KiskaOmura
1966Tale qılıncıyap. 大菩薩峠Toranoske Simada
1966Böyük mükafating. Grand Prixİzo Yamura
1967Samurayların qiyamıyap. 上意討ち 拝領妻始末İsaburo Sasahara
1967Yaponiyanın ən uzun günüyap. 日本のいちばん長い日Koretika Anami
1968Kurabe üzərində günəşyap. 黒部の太陽Kitaqava
1968Sakit okeanda cəhənnəming. Hell in the Pacifickapitan Suruhiko Kuroda
1969Samuray bayrağıyap. 風林火山Kansuke Yamamoto
1969Qırmızı şiryap. 赤毛Qonzo
1969Şinsenqumiyap. 新撰組İsami Kondo
1970Samurayların döyüşüyap. 座頭市と用心棒cangüdən
1970Ölüm dərəsində pusquyap. 待ち伏せ
1970Hərbçiləryap. 激動の昭和史 軍閥
1971Qırmızı günəşfr. Soleil rouge
it. Sole rosso
isp. Sol rojo
Kuroda Zübey
1975Kağız pələnging. Paper TigerKaqoyama
1976Yarı yoldaing. Midwayadmiral İsoroku Yamamoto
1977İnsanın sınağıyap. 人間の証明Qun Yohey
1978Ako qalasının süqutuyap. 赤穂城断絶Suçiya Miçinao
19791941-ci iling. 1941Akiro Mitamura
1979Ölüm gətirən qışing. Winter KillsAkiro Mitamura
1980Söqunyap. 将軍
ing. Shōgun
Daymö Yosi Toranaqa
1981Busido qılıncıing. The Bushido Blade
yap. 武士道ブレード
Abe Masahiro
1982İnxoning. InchonSaito-San
1982Çağırışing. The ChallengeYoşida
1984Co Petrelin möcüzəsiyap. 海燕ジョーの奇跡balıqçı
1987Tora-san şimala gediryap. 男はつらいよ 知床慕情
1987Aydan gəlmiş şahzadəyap. 竹取物語Miyasuko
1989Çay dəstgahında ustadın ölümüyap. 千利休 本覺坊遺文Rikü
1992Canavar kölgəsiing. Shadow Of The Wolf
fr. Agaguk
Krumak
1995Fotoqraf gəlining. Picture Bride
yap. ピクチャーブライド
bensi
1995Dərin çayyap. 深い河Sukada

İstinadlar

Mənbə

  • Генс И. Ю. Тосиро Мифунэ. — М.: Искусство, 1974. — 128 с., 23 л. ил. с. — (Мастера зарубежного киноискусства).

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.