Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Toşe Proeski | |
---|---|
Todor Proeski | |
Ümumi məlumatlar | |
Doğum adı | Тодор Проески |
Doğum tarixi | |
Doğum yeri | Prilep, Makedoniya Respublikası |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Nova Gradişka, Xorvatiya |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1996–2007 |
Janr | pop musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici keçidlər
- Şəxsi vebsaytı Arxivləşdirilib 2017-01-17 at the Wayback Machine
- 2004-cü il "Avroviziya" mahnı müsabiqəsnin finalındakı çıxışı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.