Toğrul Türkeş

İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir.

Toğrul Türkeş
türk. Tuğrul Türkeş
bayraq
Türkiyə Baş nazirinin müavini
28 avqust 2015 18 iyul 2017
ƏvvəlkiBülənt Arınç
SonrakıFikri İşıq
Vəzifədədir
22 iyul 2007-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 dekabr 1954(1954-12-01) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist, iqtisadçı
Atası Alparslan Türkeş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, ÇiliArgentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub.[1].

Milliyyətçi Hərəkat Partiyasında (MHP) atasının silahdaşı olmuşdur. Partiya qəzeti olan "Ortadoğu"nun idarəçisi kimi çalışmışdır. Sağ millətçi "Axşam", "Son Havadis", "Yeni Harman" nəşrlərində yayımlandı.

Milliyyətçi hərəkatda

İldırım Toğrul Türkeş, 1997-ci ilin aprelində Alparslan Türkeşin ölümündən sonra partiyada liderliyə iddia etmişdir. Bir neçə həftə MHP sədri vəzifəsini icrası ilə məşğul olmuşdur. Ancaq 1997-ci ilin iyul ayında keçirilən konqresdə Dövlət Baxçalı səslərin çoxunu qazandı. İldırım Toğrul Türkeş isə MHP-dən ayrılaraq "Canlı Türkiyənin Milli Mühafizəkar Partiyası"nı qurdu.

2007-ci ildə Kiçik Türkeş Baxçalı ilə barışdı və MHP-dən müvəffəqiyyətlə parlamentə namizəd oldu. 2010-cu ildə Parlaq Türkiyə Partiyası Milliyyətçi Hərəkat Partiyasına qatıldı. 2011-ci il seçkilərində Toğrul Türkeş yenidən MHP-dən bir mandat aldı. İldırım Toğrul Türkeş, MHP başçısının müavini vəzifəsini icra etmişdir. O, atası Alparslan Türkeşdən daha mülayim şəkildə dünyəvi sağçı millətçiliyin siyasi kursunu davam etdirirdi.

Türkeş Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasını (AKP) xarici siyasətdə yetərincə fəal olmayan millətçilik,[2] Ermənistanla rəsmi təmaslar,[3] hökumətin korrupsiyası və avtoritar "firon" idarəetmə tərzinə görə tənqid atəşinə tuturdu.[4].

Hökumət idarəsi və partiya dəyişikliyi

2015-ci il iyun parlament seçkilərindən sonra Əhməd Davudoğlu, prezident Rəcəb Tayyib Ərdoğan adından AKP ilə MHP arasında hökumət koalisiyası qurmağa çalışdı.[5] Dövlət Baxçalı və demək olar ki, bütün tərəfdaşları bu təklifdən imtina etdilər. Yalnız İldırım Toğrul Türkeş Davudoğlu hökumətində təmsil olunmağa razı oldu. 28 avqust 2015-ci ildə Baş nazir Davudoğlu onu Baş nazirin müavini təyin etdi.

Kiçik Türkeşin bu qərarı MHP-nin qəzəbinə səbəb oldu.[6] Bir həftə sonra, 5 sentyabr 2015-ci ildə İldırım Toğrul Türkeş atasının qurduğu partiyadan xaric olundu. 2015-ci ilin noyabrdan rəsmi olaraq Ədalət və İnkişaf Partiyasının üzvüdür.[7]

İldırım Toğrul Türkeş nazir postunu qəbul edib partiyasını dəyişdirdikdən sonra AKP-dən şəxsi borclarını ödəmək üçün külli miqdarda pul aldığı barədə məlumatlar yayılmağa başladı. O, özü bu söz-söhbətləri qəti şəkildə rədd etdi.[8]

24 may 2016-cı ildə İldırım Toğrul Türkeş Binəli Yıldırımın qurduğu 65-ci Terkiyə hökumətində də Baş nazir müavini postunu tutmuşdur.

2018-ci il Türkiyə ümumi seçkilərində AK Partiya Ankara millət vəkili seçilmişdir.[9]

İstinadlar

  1. "Yıldırım Tuğrul TÜRKEŞ". 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  2. "MHP'li TÜRKEŞ'ten Bozdağ'a tutarsızlık eleştirisi". 2019-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  3. "Давутоглу ответил в парламенте на обвинения в свой адрес после визита в Армению". 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  4. "«Başbakan Firavun Olmak İstiyor»". 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-18.
  5. "Турки просигналили президенту". 2015-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  6. "Tuğrul Türkeş ihraç edildi". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  7. "Seçim hükümetindeki 11 bakan yeniden milletvekili seçildi". 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  8. "Tuğrul Türkeş'ten hakkındaki iddialara sert yanıt!". 2016-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  9. "Yeni Bakanlar Kurulu açıklandı. Binali Yıldırım'ın Başbakan olmasıyla birlikte Bakanlar Kurulu da yeniden şekillendi". 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.