Toğrul Rza

Toğrul Rza (28 oktyabr 1981, Sumqayıt) — aktyor.

Toğrul Rza
Toğrul Musa oğlu Rza
Doğum tarixi 28 oktyabr 1981(1981-10-28) (42 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ülviyyə Rza
Uşaqları Orxan Rza, Tural Rza
Atası Musa Rzayev
Anası Şükufə Rzayeva
Fəaliyyəti aktyor
Təhsili

Həyatı

Toğrul Musa oğlu Rza 28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olmuşdur. 1988-ci ildə Sumqayıt şəhərindəki 23 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kursuna qəbul olunub, 2002-ci ildə Dram Teatrı və Kino aktyoru ixtisası üzrə əyani təhsilini başa vurub. Təhsil aldığı dövrdə Bakı Kamera Teatrında aktyor işləyib (2000–2002). 2002-ci ildən 2003-cü ilə qədər ordu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 2004-cü ilə qədər Bakı Kamera Teatrında fəaliyyətini davam etdirib. Həmin ildən Bakı Bələdiyyə Teatrında çalışır. Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısı olmuşdur

Ailəlidir, həyat yoldaşı Bakı Bələdiyyə Teatrının aktrisası Ülviyyə Gülməmməd qızı Rzadır. İki övladı var: Orxan Rza, Tural Rza.

Filmoqrafiya

  1. Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
  2. Qonşulaşma, qohumlaşma, kirvələşmə (2004)
  3. Girov (film, 2005)
  4. Cavid ömrü (film, 2007)
  5. Yanmış körpülər (film, 2007)
  6. Günaydın, mələyim! (film, 2008)
  7. Seçilən (film, 2008)
  8. Evləri göydələn yar (film, 2010)
  9. Vəkil hanı? (film, 2011)
  10. Ünvansız eşq (2011)
  11. Qağayı (tele-serial 2012)
  12. Toy gecəsi (serial)
  13. 5+ (film, 2014-2015) (rol: İsmayıl)
  14. 2 ömür (tele-serial, 2016–2017) (rol: Fərhad)
  15. Laləli saray (teleserial, 2017)
  16. Əli və Nino filmi (rol: Seyyid Mustafa) (2016)
  17. Ölümə qənşər filmi(rol:Rafiq Alıcanov) (2015)
  18. Uçurum serialı (rol:Rauf)
  19. Vulkanın nəfəsi (sənədli film) (2015)
  20. Kinli, xəsis, səfeh (tamaşa aztv) (2008)
  21. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.