Toğluqaya dağı
Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. [1]
Toğluqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2905,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinad:
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.