Tizer
Tizer (ing. teaser "cəlb edən") — tapmaca kimi qurulmuş bir reklam mesajı. Məhsul haqqında bir hissə məlumat verilir, amma məhsulun özü göstərilmir, və beləcə alıcılarda maraq hissi oyadaraq, özünə cəlb edir. Tizerlər adətən məhsulun irəliləyişinin ən erkən mərhələrində göstərilir. Tizer istifadəsinə əsaslanan marketinq üsulu tizer reklaması adlanır. Tizerlərdə ikimənalı və təxribat xarakterli ifadələr və təsvirlər tətbiq edilə bilər.
Hesab edilir ki, ilk tizer "MJB Coffee" brendinin irəlilədilmə kampaniyası üçün istifadə olunmuşdu. 1906 ildə San-Fransisko şəhərin yolları boyunca intriqa xarakterli elanlar peyda olunurdu, əlanların üstündə "Niyə?" ("Why?") sualı var idi[1][2]..
Texnologiya
Adətən tizerlər seriyalarla gəlir. Tizer reklam kampaniyası 2 mərhələdən keçir. Birinci mərhələ çox vaxt intriqanı yaradan, maraqlı və maraq oyada biləcək sualdan ibarət olur. İkinci mərhələdə verilən suala cavab gəlir və brendin özünün nümayişi edilir.
Tizer reklam kampaniyaları keçirilmə dövrünə görə iki qrupa bölünür:
- Birgünlük: tampaca və onun cavabı demək olar ki, ani olaraq verilir. Məsələn: jurnalın üz qabığında sual verilir, cavabı isə axrıncı səhfələrin birindədir.
- Həftəlik: tapmacanın cavabı tizerin çıxma vaxtında 2–3 həftə sonra verilir.
Tizer reklmaının uğurun təmin edilməsi üçün eynivaxtda üç əsas tərkib hissələrinə əməl etmək lazımdır:
- Tapamcanın cavabı çox gec verilməməlidir, çünki müştərilərdə yaranan marağ itə bilər
- Yaradılan reklamda başqa brendə işarə olunmamalıdır və nədə oxşamalı, eyniləşdirməməlidirr
- Parlaq, kreativ, alıcıları cəlb edə biləcək ideyadan ibarət olmalıdı.
Kino tizerləri
Tizerlər bir neçə formada ola bilər. Filmi anons edəndə çox vaxt tizeri treyler kimi düzəldilər, oraya kinonun bir biri ilə bağlı olmayan qısa fraqmentlərlə göstərilir. Tizer-treylerin standart vaxt 15–30 saniyədir.
İnternet tizerləri
İnternetdə saytların daha populyar etmək üçün geniş istifadə olunur. Çox vaxt tizerlər saytların yan tərəflərində yerləşir və elə də böyük olmayan mətnli elanlardan, şəkillərdən, bannerlərdən ibarətdit ki, onlar müştərini maraqlandırmalı və onu stimullaşdırlmalıdır ki, müştəri linkə daxil olsun.
Belə tizerləri internet reklamı birjalarında edirlər, xüsusilə tizer şəbəkə saytlarında.
Bəzən bu cür tizerlər virus yaymaq üçün istifadə olunur.
İstinadlar
- "Famous Frisco Families 09-11 » Nob Hill Gazette". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
- http://www.greenspun.com/bboard/q-and-a-fetch-msg.tcl?msg_id=0005VI Arxivləşdirilib 2015-05-31 at the Wayback Machine "It was indeed an advertising campaign for MJB Coffee, of the type that today are called "teaser campaigns.""