Tiyana Dapçeviç

Tiyana Dapçeviç (mak. Тијана Дапчевиќ; d. 3 fevral 1976, Skopye, Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Makedoniya müğənnisi.

Tiyana Dapçeviç
mak. Тијана Дапчевиќ
Tiyana Dapçeviç 2014-cü ildə
Tiyana Dapçeviç 2014-cü ildə
Ümumi məlumatlar
Doğum adı Tiyana Todevska
mak. Тијана Тодевска
Doğum tarixi
Doğum yeri Skopye, Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası
Vətəndaşlığı  Şimali Makedoniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1999–h.h.
Janr pop
Musiqi alətləri violonçel
Əlaqəsi Tamara Todevska
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tiyana Todevska 3 fevral 1976-cı ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tiyananın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun bacısı Tamara Todevska Makedoniyanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tiyana makedon, serb, ingilisitalyan dillərində səlis danışa bilir.

Musiqi karyerası

Tiyananın hit mahnılarından biri olan "Sve je isto, samo njega nema" keçmiş Yuqoslaviya prezidenti İosip Broz Titoya həsr olunmuşdur. Mahnı serb, boşnak, xorvat, sloven, monteneqro və makedon dillərində səsləndirilmişdir.

O, 2002-cü ildə Herseq Novidə keçirilən Sunçane Skale musiqi festivalında "Negativ" adlı mahnı ilə qələbə qazanmışdır.

Tiyana Dapçeviç To The Sky mahnısı ilə Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1]

Diskoqrafiya

  • Kao da... (2001)
  • Negativ (2002)
  • Zemlja mojih snova (2004)
  • Žuta minuta (2007)
  • Muzika (2010)

İstinadlar

  1. "Makedoniya: Tiyana Dapçeviç Avroviziya 2014 üçün seçildi!". ESCToday. 28 avqust 2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2013.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.