Tixon Xrennikov

Tixon Nikolayeviç Xrennikov (rus. Ти́хон Никола́евич Хре́нников (d. 28 mаy (10 iyun) 1913, Lipetsk vilayəti, Eltse kəndi — ö. 14 avqust, 2007, Moskva)[6] — sovet və rus bəstəkarı, pianoçu, ictimai xadim, pedaqoq, professor. SSRİ Bəstəkarlar İttifaqının Sədri (1948–1991). SSRİ xalq artisti (1963), Sosialist Əməyi Qəhrəmanı (1973), Lenin mükafatı laureatı (1974), 3 dəfə ikinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1946, 1952 və SSRİ Dövlət mükafatı laureatı (1967).[7] 8 opera, 5 balet, 3 simfoniya, 9 intrumental konsert, 30 kinofilmin musiqisinin, teatr tamaşaları üçün çoxsaylı musiqi, musiqi proqramı, vokal musiqi müəllifi.

Tixon Xrennikov
Ümumi məlumatlar
Doğum tarixi 28 may (10 iyun) 1913[1]
Doğum yeri
Vəfat tarixi 14 avqust 2007(2007-08-14)[3][1][…] (94 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, xoreoqraf, musiqişünas, universitet müəllimi[d], pianoçu, musiqi tənqidçisi[d], siyasətçi
Fəaliyyət illəri 1927-ci ildən
Janr opera
Musiqi aləti piano
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Şərəf" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti "Lenin" mükafatı SSRİ Dövlət mükafatı "Stalin" mükafatı
"Polşa mədəniyyətinə xidmətə görə" fəxri nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Görkəmli rus bəstəkarı Tixon Nikolayeviç Xrennikov 1913-cü ildə may ayının 28-də (iyun ayının 10-da) Lipetsk vilayəti, Eltse kəndində tacir ailəsində anadan olub. O ailənin 10-cu övladı idi. Anası Varvara Vasilyeva evdar qadın idi.

Tixon Xrennikov musiqi ilə hələ Yeltsedə yaşadığı günlərdə Anna Fyodorovna Varqunina ilə birlikdə məşğul olmağa başlamış 1927-1928-ci illərin qışında Moskvada olmuş və əsərlərini müəllimi bəstəkar və pianinoçu V.P. Aqarkova göstərmişdir. Aqarkov onun əsərlərini bəyənmiş və ilk öncə Yeltsedə orta təhsilini başa vurmağını, daha sonra Moskvada təhsilini davam etdirməyini istəmişdir. 1929-cu ilin yazında 9 illik məktəbi bitirən Tixon Mixail Qnesinə məktub yazmış və müsbət cavab alaraq Qnesin adına musiqi texnikumuna tələbə olaraq qəbul edilmişdir. 1932-ci ildə texnikumu başa vurur. 1936-cı ildə isə Moskva Konservatoriyasını bitirir. 1933-cü ildə Moskva uşaq teatrında işləməyə dəvət olunur. 1941-ci ildə Qırmızı Ordu teatrının musiqi hissəsinə rəhbərlik etmişdir.

"Tufanda", "Ana", "Doroteya" və sair operaların, "Məhəbbətə məhəbbətlə" və "Qusar balladası" baletlərinin, bir sıra operettasimfoniya əsərlərinin müəllifidir. Üzeyir Hacıbəyov 1939-cu ildə Xrennikovun "Tufanda" operasının ilk tamaşasında iştirak etmiş, bu opera bir çox görkəmli musiqişünaslar tərəfindən kəskin tənqid olunduğu zaman onu qətiyyətlə müdafiə etmiş, musiqidə "yeni söz" kimi qiymətləndirmişdir. Xrennikov yaradıcılığına və şəxsiyyətinə dərin hörmətlə yanaşdığı Hacıbəyovu "Azərbaycan musiqisinin ağsaqqalı" adlandırmış, onun haqqında xatirə yazmış, eləcə də bəstəkarın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən təntənəli gecələrdə çıxış etmişdir.[8]

1930-cu illərdə Xrennikov Sovet bəstəkarlarının sırasına artıq rəsmən daxil olmuş və "bəstəkar gəncliyi" təmsil edirdi.

Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edərkən Üzeyir Hacıbəyov barədə belə demişdir:

" Mən Azərbaycan musiqisinin, mədəniyyətinin ürəyi sayılan Üzeyir Hacıbəyovun ev-muzeyinə heyran oldum. Üzeyir Hacıbəyov bütün Şərqin musiqi mədəniyyətində parlaq ulduzdur. Bu evi elə bir mərkəzə çevirmək lazımdır ki, o Üzeyir Hacıbəyov musiqisinin qonşu Şərq xalqlarına göstərdiyi təsiri, Hacıbəyov ənənələri ilə sözün əsl mənasında əks etdirə bilsin. Mən Üzeyir Hacıbəyovu şəxsən tanıdığıma görə xoşbəxtəm. Vaxtilə mənə etdiklərinə görə ona minnətdaram.[9]
Tixon Xrennikov
"

O, 14 avqust 2007-ci ildə Moskvada vəfat etmişdir. 17 avqust tarixində doğulduğu Yeltsedə dəfn olunmuşdur.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Хренников Тихон Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. http://www.russia-ic.com/news/show/4544/.
  4. Deutsche Nationalbibliothek Record #118871072 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. LIBRIS. 2012.
  6. "Биография Тихона Хренникова". 2013-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  7. Музыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Том 6. Хейнце — Яшугин. 1108 стб. с илл. М.: Советская энциклопедия, 1982 год
  8. Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb, 2007, s. 109
  9. "Ölməz bəstəkarın 40 yaşlı ev-muzeyi". 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.