Tivi nekropolu

Tivi nekropolu — Ordubad rayonunun Tivi kəndi içərisində hündür təpənin üzərindədir. Qəbirlər daş qutu tiplidir. Onlar düzbucaqlı formada olub yanlarda iri sal daşlarla qurulmuşdur. Qəbirlərin üzəri bəzən iki, bəzən isə bir neçə sal daşla örtülmüşdür. Müxtəlif istiqamətlərə yönəlmiş vəziyyətdə olan qəbirlər aşınma və təsərrüfat işləri görülərkən dağıdılmışdır. Aşkar olunan arxeoloji materialar gil qablardan, tunc üzük, sırğa, əqiqdən hazırlanmış muncuqlardan ibarətdir. Tapıntılara əsasən abidə e.ə. III-II əsrlərə aid edilir.[1]

İstinadlar

  1. Baxşəliyev, Vəli. Naxçıvanın arxeoloji abidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.