Tivi mineral bulağı

Tivi mineral bulağıOrdubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır.

Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur. Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içmək əhəmiyyətlidir.

Mənbə

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri - Naxçıvan, 2008.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.